Перейти к содержимому
GoJob

SƏTƏMM Administratoru

Amina and S GroupВакансия администратора в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
29 октября 2026 г.
Приём заявок до
28 ноября 2026 г.
Категория
Инженерия

Вакансии в категории «Инженерия» в городе Баку

О вакансии

Amina and S Group ищет администратора в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Vəzifə öhdəlikləri

  • SƏTƏM sənədlərinin, prosedurlarının hazırlanması, qeydiyyatı, yenilənməsi və arxivləşdirilməsi;
  • Layihələrin xüsusiyyətlərinə və Sifarişçinin tələblərinə uyğun SƏTƏM prosedurlarının hazırlanmasında iştirak etmək;
  • Mövcud SƏTƏM prosedurlarına dəyişikliklərin SƏTƏM meneceri ilə razılaşdırılaraq həyata keçirilməsi;
  • SƏTƏM hesabatlarının və statistik məlumatların hazırlanması;
  • İşçilərin SƏTƏM təlimlərinin, sertifikatlarının və tibbi müayinə sənədlərinin uçotunun aparılması;
  • SƏTƏM üzrə reyestrlərin və elektron məlumat bazalarının yenilənməsi;
  • Layihə ərazisinə daxil olacaq işçilərin və texnikanın giriş icazələrinin alınması üçün Sifarişçi şirkətlə əlaqələndirmənin təmin edilməsi;
  • İşçilərin və texnikanın əraziyə buraxılması üçün tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
  • Risk qiymətləndirmələri və digər SƏTƏM sənədlərinin dövriyyəsinə inzibati dəstək göstərilməsi;
  • SƏTƏM mühəndisləri və koordinatorları ilə sənədləşmə işlərinin əlaqələndirilməsi;
  • SƏTƏM sənədlərinin layihə və şirkətdaxili prosedurlara uyğunluğunun izlənilməsi.
  • Şirkətin SƏTƏMM məqsəd və hədəflərinin həyata keçirilməsinə dəstək göstərmək.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (tikinti və neft-qaz layihələrində təcrübə üstünlükdür);
  • SƏTƏM prosedurları və sənədləşmə tələbləri haqqında biliklər;
  • Layihələr üzrə SƏTƏM sənədlərinin hazırlanması və idarə olunması prinsiplərini bilmək;
  • MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yaxşı bilmək;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili biliyi mütləqdir;
  • Sənədləşmə, hesabatlılıq və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı.
  • Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü 
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Müvafiq tələblərə cavab verən namizədlər  şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏMM Administratoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Другие вакансии компании Amina and S Group

Вакансии Amina and S Group