Anbar Nəzarətçisi – Xırdalan şəhəri
GFC MMCВакансия заведующего складом в Баку
Зарплата: от 660 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 17 ноября 2026 г.
- Просмотры
- 694
- Отклики
- 41
- Приём заявок до
- 17 декабря 2026 г.
- Категория
- Логистика, склад и закупки
Вакансии в категории «Логистика, склад и закупки» в городе Баку
О вакансии
GFC MMC ищет заведующего складом в Баку. Полная занятость, зарплата 660 AZN. Отклик напрямую работодателю.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Orta ixtisas və ya orta təhsilli olması;
- Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri;
- Komandada işləmək bacarığı;
- Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
- Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
- Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;
- Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;
- Kamera nəzarət sistemləri üzrə ilkin bilik və ya təcrübə üstünlükdür;
- AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
- Əməkdaşların, qonaqların və ziyarətçilərin anbar ərazisinə giriş-çıxışına nəzarət etmək və qeydiyyatını aparmaq;
- Əməkdaşların, qonaqların və ziyarətçilərin giriş-çıxışı zamanı nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;
- Giriş və çıxış zamanı şəxsi çanta, paket və digər əşyaların yoxlanılmasını həyata keçirmək;
- Şübhəli hallarda şəxslərin üst geyimlərinə və ciblərinə baxış keçirmək;
- Qonaqların anbar ərazisində təhlükəsiz və nizamlı şəkildə istiqamətləndirilməsini, zərurət yarandıqda isə müşayiət olunmasını təmin etmək;
- Anbar ərazisində yerləşən maddi dəyərlərin qorunmasını təmin etmək və daimi nəzarətdə saxlamaq;
- Gündəlik təhlükəsizlik jurnallarının qeydiyyatını aparmaq və növbə üzrə hesabatları hazırlamaq;
- Anbar ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Növbə təhvil-təslim zamanı məlumatların tam və dəqiq ötürülməsini təmin etmək;
- Aşkar edilmiş pozuntular, şübhəli və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
- Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
- Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
- Zərurət yarandıqda kamera nəzarət sistemləri vasitəsilə ərazinin monitorinqini həyata keçirmək və şübhəli halları izləmək;
- Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: Gecə növbəsi (1 gün iş, 2 gün istirahət);
- İş yeri – Xırdalan şəhəri,anbar;
- Əmək haqqı - 660 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar Nəzarətçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.