Перейти к содержимому
GoJob

Araşdırma mütəxəssisi

Veysəloğlu-RossmannAraşdırma mütəxəssisi — вакансия в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
12 октября 2026 г.
Приём заявок до
11 ноября 2026 г.

Вакансии в категории «Логистика и транспорт» в городе Баку

О вакансии

Veysəloğlu-Rossmann ищет сотрудника на должность «Araşdırma mütəxəssisi» в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Vəzifə öhdəlikləri:

  • Anbar və marketlər üzrə sistem və faktiki mal qalıqları arasında yaranan fərqləri araşdırmaq və səbəblərini müəyyənləşdirmək;
  • Anbarlarda sayım prosesinə nəzarət etmək, sayım nəticələrini təhlil etmək;
  • Malların qəbulu, toplanması, yüklənməsi və marketlərə çatdırılması proseslərində yaranan uyğunsuzluqları araşdırmaq;
  • Transfer əməliyyatları üzrə sistem və faktiki məlumatları müqayisə etmək, fərqlərin səbəblərini müəyyənləşdirmək;
  • Sürücülərin fəaliyyəti, çatdırılma marşrutları və təhvil-təslim prosesləri ilə bağlı uyğunsuzluqları araşdırmaq;
  • Zərurət yarandıqda anbar və marketlərdə fiziki yoxlamalar aparmaq;
  • Kamera görüntüləri və GPS məlumatları əsasında əməliyyat proseslərini yoxlamaq;
  • Aşkar edilmiş fərqlərin səbəblərini təhlil etmək və araşdırma nəticələri üzrə hesabatlar hazırlamaq;
  • Təkrarlanan uyğunsuzluqların qarşısının alınması üçün təkliflər vermək və müvafiq tədbirlərin nəticələrini izləmək.

Namizədə tələblər: 

  • Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun sahələr üzrə);
  • Anbar, logistika, mal qəbulu, stok nəzarəti və ya araşdırma sahəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
  • ERP və anbar idarəetmə sistemləri ilə işləmək bacarığı;
  • Analitik düşünmə, məlumatları təhlil etmək və uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək qabiliyyəti;
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Problemləri araşdırmaq, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Araşdırma mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Другие вакансии компании Veysəloğlu-Rossmann

Вакансии Veysəloğlu-Rossmann