Chef de Partie
Fairmont BakuВакансия повара в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 8 октября 2026 г.
- Приём заявок до
- 7 ноября 2026 г.
- Категория
- Туризм, отели и рестораны
О вакансии
Fairmont Baku ищет повара в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri
- Təyin olunmuş mətbəx bölməsinə (isti mətbəx, soyuq mətbəx, qənnadı, sous bölməsi və s.) rəhbərlik etmək.
- Menyu və resept standartlarına uyğun olaraq yüksək keyfiyyətli yeməklərin hazırlanmasını təmin etmək.
- Yeməklərin hazırlanması prosesində dad, görünüş və təqdimat standartlarına nəzarət etmək.
- Gündəlik hazırlıq işlərini (mise en place) planlaşdırmaq və həyata keçirmək.
- Mətbəx işçiləri arasında iş bölgüsü aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək.
- Xammalın düzgün saxlanmasına, istifadəsinə və itkilərin minimuma endirilməsinə nəzarət etmək.
- Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət etmək.
- HACCP və otelin daxili qida təhlükəsizliyi prosedurlarına uyğun işləmək.
- Məhsulların keyfiyyətini, temperatur rejimini və son istifadə tarixlərini yoxlamaq.
- Sifarişlərin vaxtında və standartlara uyğun hazırlanmasını təmin etmək.
- Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək.
- İş yerinin təmizliyini və səliqəsini təmin etmək.
- Baş Aşpazın (Executive Chef / Sous Chef) göstərişlərini yerinə yetirmək.
- Yeni əməkdaşların iş prosesinə uyğunlaşmasına kömək etmək və təlimlərdə iştirak etmək.
- Qonaq məmnuniyyətini artırmaq üçün otelin xidmət standartlarına uyğun fəaliyyət göstərmək.
- Gündəlik inventar, məhsul ehtiyacı və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək.
Tələblər
- Otel və ya restoran mətbəxində Chef de Partie təcrübəsi.
- Peşəkar mətbəx texnikaları və qida hazırlanması üzrə biliklər.
- Komanda ilə işləmək bacarığı.
- Vaxtın düzgün idarə edilməsi və stress altında işləmə qabiliyyəti.
- Gigiyena və qida təhlükəsizliyi standartları haqqında bilik.
- Yaradıcı yanaşma və detallara diqqət.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.