Income Auditor
Meysari Grand Hotel & SpaВакансия аудитора в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 5 ноября 2026 г.
- Приём заявок до
- 5 декабря 2026 г.
- Категория
- Бухгалтерия и аудит
О вакансии
Meysari Grand Hotel & Spa ищет аудитора в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Şöbə: Finance Department
İş yeri: Şamaxı, Azərbaycan
Məşğulluq növü: Tam ştat
İş haqqında məlumat
- Meysari Grand Hotel & SPA komandamıza qoşulmaq üçün diqqətli, analitik düşüncə qabiliyyətinə malik və maliyyə əməliyyatlarında dəqiqliyə önəm verən Income Auditor axtarır.
- Namizəd otelin gündəlik gəlir əməliyyatlarının yoxlanılması, maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi və daxili nəzarət prosedurlarının həyata keçirilməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri
- Otelin bütün gəlir mənbələri üzrə gündəlik əməliyyatların yoxlanılması və düzgünlüyünün təsdiqlənməsi;
- Otaq satışları, restoran, SPA və digər xidmət sahələri üzrə gəlirlərin uzlaşdırılması;
- PMS və POS sistemlərində qeydə alınan əməliyyatların maliyyə hesabatları ilə müqayisə edilməsi;
- Night Audit hesabatlarının yoxlanılması və uyğunsuzluqların araşdırılması;
- Nağd və nağdsız ödənişlərin, endirimlərin, ləğvlərin və geri qaytarmaların nəzarətdə saxlanılması;
- Gündəlik gəlir hesabatlarının hazırlanması və Maliyyə şöbəsinə təqdim edilməsi;
- Mühasibat uçotu və daxili audit prosedurlarına uyğunluğun təmin edilməsi;
- Aşkar edilmiş maliyyə uyğunsuzluqlarının araşdırılması və aradan qaldırılması üçün müvafiq şöbələrlə əməkdaşlıq edilməsi
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Otelçilik sahəsində iş təcrübəsinə üstünlük verilir;
- Opera PMS, Micros POS və digər otel idarəetmə sistemləri ilə iş təcrübəsi üstünlükdür;
- Güclü analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik;
- Müstəqil və komanda şəklində işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Income Auditor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Meysari Grand Hotel & SPA – Build your career with us!