Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer

Gens ElektrikВакансия менеджера по развитию бизнеса в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
19 ноября 2026 г.
Просмотры
692
Отклики
40
Приём заявок до
19 декабря 2026 г.

Вакансии в категории «Продажи и торговля» в городе Баку

О вакансии

Gens Elektrik ищет менеджера по развитию бизнеса в Баку. Полная занятость. Отклик напрямую работодателю.

GENS Elektrik / Magru Construction şirkəti Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer axtarır!

Biz şirkətimizin korporativ müştəri bazasını genişləndirəcək, yeni əməkdaşlıq imkanları yaradacaq və satış həcminin artırılmasına töhfə verəcək təşəbbüskar, aktiv və nəticəyönümlü əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri

  • Yeni korporativ müştərilərin axtarışı, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Tikinti şirkətləri, podratçılar və digər korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Potensial müştərilərlə görüşlərin təşkili və şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi;
  • Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kommersiya təkliflərinin hazırlanması;
  • Şirkətin satış strategiyasına uyğun olaraq müəyyən edilmiş satış planlarının yerinə yetirilməsi;
  • Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına və sifarişin tamamlanmasına qədər idarə edilməsi;
  • Mövcud müştərilərlə əməkdaşlığın genişləndirilməsi və təkrar satışların artırılması;
  • Müştəri sifarişlərinin izlənilməsi və aidiyyəti şöbələrlə koordinasiyası;
  • Satış nəticələrinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

Namizədə tələblər

  • Xanım və bəy namizədlər;
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Korporativ satış (B2B) sahəsində praktiki təcrübə;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma bacarığı;
  • Yeni müştərilərin müstəqil şəkildə axtarılması və cəlb edilməsi bacarığı;
  • Satış texnikaları, danışıqların aparılması və müştəri münasibətlərinin idarə edilməsi üzrə biliklər;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi bacarığı;
  • Analitik düşüncə, planlaşdırma və təşkilatçılıq qabiliyyəti;
  • Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı;
  • Peşəkar inkişafa və yeniliklərə açıq olmaq.

İş şəraiti və şirkətin təklifləri

  • İş qrafiki: Tam iş günü;
  • İş saatları: 09:00–18:00;
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 185;
  • Aylıq sabit əməkhaqqı: 600–800 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir);
  • Yüksək satış nəticələrinə əsaslanan yüksək bonus sistemi və əlavə qazanc imkanı;
  • Satış göstəricilərinə uyğun artan motivasiya sistemi;
  • Nəqliyyat və korporativ mobil telefon xərcləri şirkət tərəfindən qarşılanır;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanları.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Korporativ Satış və Biznesin İnkişafı üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

Qeyd: Yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Похожие вакансии