Canlı Yayım və Müştəri Əlaqələri üzrə əməkdaş
Təkər StoreCanlı yayım və müştəri əlaqələri üzrə əməkdaş — вакансия в Баку
Зарплата: от 500 ₼ / мес.
- Локация
- Bakı, Nərimanov
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 4 ноября 2026 г.
- Приём заявок до
- 4 декабря 2026 г.
- Категория
- Маркетинг и PR
О вакансии
Təkər Store ищет сотрудника на должность «Canlı Yayım və Müştəri Əlaqələri üzrə əməkdaş» в Баку (район Нариманов). Полная занятость, зарплата 500 AZN. Отклик напрямую работодателю.
İş yeri: TəkərStore mağazası
TəkərStore komandasına yeni əməkdaş axtarırıq!
İş saatlarında mağazamızda canlı yayımlar həyata keçirəcək, izləyicilərə təkərlər haqqında məlumat verəcək və potensial müştərilərdən əlaqə nömrələri toplayacaq əməkdaş axtarırıq.
İş öhdəlikləri:
- TikTokda canlı yayımlar açmaq;
- Canlı yayım zamanı təkər markaları, modelləri, ölçüləri və xüsusiyyətləri haqqında məlumat vermək;
- İzləyicilərin suallarını cavablandırmaq;
- Maraqlanan müştərilərin əlaqə nömrələrini toplamaq və qeydiyyata almaq;
- Toplanmış müştəri nömrələrini növbəti gün satış menecerlərinə təqdim etmək.
Namizədə tələblər:
- Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı;
- Azərbaycan dilində səlis danışmalı;
- Kamera qarşısında rahat olmalı;
- Səlis və aydın nitq qabiliyyətinə malik olmalı;
- Məsuliyyətli, aktiv və öyrənməyə həvəsli olmalı;
- Satış və canlı yayım sahəsində təcrübə üstünlükdür, lakin mütləq deyil.
İş şəraiti
- İş qrafiki: Həftədə 3 gün, 19:00 – 00:00
- Əməkhaqqı: 500 AZN + bonus
- Ünvan: Olimpik Star yaxınlığı
İşə başlamazdan əvvəl namizədə təkərlər və məhsullar haqqında ilkin təlim keçiriləcək. Bütün lazımi məlumatlar öyrədildikdən sonra işə başlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.