Çap Operatoru
Awards PrintÇap operatoru — вакансия в Баку
Зарплата: 500 – 600 ₼ / мес.
О вакансии
Awards Print ищет сотрудника на должность «Çap Operatoru» в Баку. Полная занятость, зарплата 500–600 AZN. Отклик напрямую работодателю.
Çap və promo məhsulların hazırlanması üzrə komandamıza çevik, məsuliyyətli və öyrənməyə həvəsli Çap Operatoru axtarırıq.
İş şərtləri
- İş günləri: Həftə içi 6 gün
- İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00
- Şənbə: 10:00–16:00
- Əmək haqqı: 600 AZN
- İş sahəsi: Çap və promo məhsullar
- Dinamik və peşəkar iş mühiti
Müraciət qaydası
Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini elektron poçt vasitəsilə “Çap Operatoru” başlığı ilə təqdim etsinlər.
Vəzifə öhdəlikləri
- Gündəlik çap məhsullarını — bayraq, geyim, fincan və digər promo məhsulları — hazır vəziyyətə gətirmək
- Çap sifarişlərinin vaxtında və keyfiyyətli şəkildə hazırlanmasını təmin etmək
- Çap avadanlıqları ilə düzgün və təhlükəsiz işləmək
- İş prosesində sürətli olmaq və iş vaxtından səmərəli istifadə etmək
- Çap zamanı yaranan problemləri operativ şəkildə müəyyən etmək və həll etmək
- Hazırlanan məhsullarda keyfiyyətə nəzarət etmək
- Xırda detallara diqqət yetirmək və məhsulların səliqəli hazırlanmasını təmin etmək
- Mockup əsasında işləmək və dizaynı məhsula düzgün tətbiq etmək
- İş yerinin və avadanlıqların səliqəli saxlanılmasına diqqət etmək
- Verilən tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək
Tələblər
- Yalnız bəy namizədlər
- 18–30 yaş aralığı
- Çevik, məsuliyyətli və intizamlı olmaq
- Sürətli iş tempinə uyğunlaşa bilmək
- Detallara diqqətli olmaq
- Komandada işləmək bacarığı
- Yeni avadanlıq və texnologiyaları öyrənməyə həvəsli olmaq
- Fiziki işə uyğun olmaq
Üstünlük veriləcək namizədlər
- Sublimasiya, DTF və digər çap texnologiyaları haqqında məlumatı olan
- Çap avadanlıqları ilə işləmə təcrübəsinə sahib olan
- Promo məhsulların hazırlanması sahəsində təcrübəsi olan
- Çap prosesinin texniki mərhələlərini bilən namizədlərə üstünlük veriləcək