Перейти к содержимому
GoJob

Qaynaqçı çilingər

Karo JV AzerbaijanВакансия слесаря в Баку

Зарплата: от 800 ₼ / мес.

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
7 октября 2026 г.
Приём заявок до
7 ноября 2026 г.
Категория
Инженерия

Вакансии в категории «Инженерия» в городе Баку

О вакансии

Karo JV Azerbaijan ищет слесаря в Баку. Полная занятость, зарплата 800 AZN. Отклик напрямую работодателю.

Əsas vəzifə və öhdəliklər:

  • Texniki çertyoj, sxem və istehsalat tapşırıqlarına uyğun qaynaq işlərini icra etmək;
  • Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini vizual olaraq yoxlamaq, aşkar edilmiş qüsurları aradan qaldırmaq;
  • Metal hissələrin ölçülərinə və konstruktiv tələblərə uyğun qaynaq edilməsini təmin etmək;
  • Qaynaq aparatları, qaz balonları, elektrodlar, kabellər və digər qaynaq avadanlıqlarından düzgün istifadə etmək;
  • Qaynaq işləri zamanı avadanlıqların texniki sazlığını yoxlamaq;
  • İstehsalat prosesində istifadə olunan materiallara qənaətlə və təyinatına uyğun yanaşmaq;
  • Əsas və yardımçı istehsalat avadanlıqlarının, maşın və mexanizmlərin sökülməsi, təmiri və yığılmasını həyata keçirmək;
  • Avadanlıqların həftəlik, gündəlik, aylıq və illik texniki xidmət planlarına uyğun olaraq planlı texniki xidmət işlərini həyata keçirmək;
  • Kran və digər mexanizmlərin köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajında iştirak etmək;
  • Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi və sazlanmasını həyata keçirmək;

Tələblər:

  • Orta-ixtisas təhsili.
  • Minimum 3 illik təcrübə.

İş şəraiti:

  • 6 günlük iş qrafiki: saat 09:00-17:00;
  • Əmək haqqı: 800 AZN;
  • İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km. (İş yerinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək)

Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək.

Uyğun namizədlərdən CV-lərini  “Qaynaqçı çilingər” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Другие вакансии компании Karo JV Azerbaijan

Вакансии Karo JV Azerbaijan