Перейти к содержимому
GoJob
Назад к списку вакансий

ERP üzrə Data Analitik

BlackwellВакансия аналитика данных в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
19 ноября 2026 г.
Просмотры
664
Отклики
41
Приём заявок до
19 декабря 2026 г.

Вакансии в категории «Информационные технологии» в городе Баку

О вакансии

Blackwell ищет аналитика данных в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Vəzifənin əsas məqsədi

  • ERP sistemində formalaşan məlumatların toplanması, təhlili, yoxlanılması və hesabatlaşdırılmasını təmin etmək. Müəssisənin müxtəlif biznes prosesləri üzrə məlumatların düzgünlüyünü qiymətləndirmək, əməliyyat göstəricilərini izləmək və rəhbərliyin məlumat əsaslı qərarlar qəbul etməsinə dəstək göstərmək.

Əsas vəzifə öhdəlikləri

ERP məlumatlarının təhlili

  • ERP sisteminin müxtəlif modullarından məlumatları əldə etmək və təhlil etmək.
  • Sales, Purchase, Inventory, Accounting, CRM, Manufacturing və digər modullar üzrə məlumatları təhlil etmək.
  • Modullar arasında məlumat axınlarını və əməliyyat əlaqələrini araşdırmaq.
  • ERP sistemində məlumatların tamlığına, düzgünlüyünə və ardıcıllığına nəzarət etmək.
  • Məlumat uyğunsuzluqlarını və əməliyyat xətalarını müəyyən etmək.

Hesabatların və dashboard-ların hazırlanması

  • ERP məlumatları əsasında gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
  • Satış, satınalma, anbar qalığı, stok dövriyyəsi, gəlir və xərclər üzrə analitik hesabatlar hazırlamaq.
  • Power BI və Excel vasitəsilə interaktiv dashboard-lar yaratmaq.
  • Əsas KPI göstəricilərini müəyyən etmək və mütəmadi monitorinqini aparmaq.
  • Rəhbərlik üçün idarəetmə və performans hesabatları hazırlamaq.

Data Quality və məlumatların yoxlanılması

  • Sistemdə məlumatların düzgün daxil edilməsinə və strukturlaşdırılmasına nəzarət etmək.
  • Təkrarlanan, natamam və yanlış məlumatları müəyyən etmək.
  • Məhsul, müştəri, təchizatçı və digər əsas məlumat bazalarının keyfiyyətini yoxlamaq.
  1. Məlumat uyğunsuzluqlarının aradan qaldırılması üçün aidiyyəti şöbələrlə əməkdaşlıq etmək.

SQL və məlumat bazaları ilə iş

  • ERP-nin PostgreSQL məlumat bazası ilə işləmək.
  • SQL sorğuları vasitəsilə məlumatları əldə etmək və təhlil etmək.
  • Müxtəlif modullarından əldə edilən məlumatları əlaqələndirmək.
  • Məlumatların analitik emalı və hesabatlaşdırılması proseslərini optimallaşdırmaq.
  • Hesabatların avtomatlaşdırılması üçün texniki həllər hazırlamaq.
  • E. Biznes proseslərinin təhlili
  • Satış, satınalma, anbar, maliyyə və istehsalat proseslərinin analitik təhlilini aparmaq.
  • Əməliyyat proseslərində səmərəsizlik və kənarlaşmaları müəyyən etmək.
  • Stok səviyyəsi, satış dinamikası, sifarişlərin icrası və maliyyə göstəricilərini təhlil etmək.
  • Biznes proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
  • Yeni analitik hesabat və KPI tələblərini aidiyyəti şöbələrlə müəyyənləşdirmək.

Tələb olunan texniki bilik və bacarıqlar

  • Ali təhsil
  • İngilis dili B2 level
  • ERP sisteminin modulları və funksionallığı üzrə biliklər.
  • PostgreSQL və SQL üzrə biliklər.
  • Microsoft Excel üzrə yüksək səviyyədə bilik.
  • Power BI və DAX üzrə biliklər.
  • Data Analysis və Data Visualization bacarıqları.
  • Məlumat strukturu və modullar arasındakı əlaqələr haqqında anlayış.
  • Python bilikləri üstünlükdür.
  • ETL və Data Integration prosesləri haqqında biliklər üstünlükdür.

Əsas performans göstəriciləri (KPI)

  • Hesabatların vaxtında və düzgün hazırlanması.
  • ERP məlumatlarının dəqiqliyi və tamlığı.
  • Hesabatların avtomatlaşdırılması səviyyəsi.
  • Məlumat uyğunsuzluqlarının aşkarlanması.
  • Analitik sorğuların icra müddəti.
  • KPI hesabatlarının hazırlanması və yenilənməsi.
  • Biznes proseslərinin optimallaşdırılmasına verilən analitik töhfə.

Əməkdaşlıq etdiyi struktur bölmələr

  • Maliyyə və mühasibatlıq;
  • Satış və marketinq;
  • Satınalma;
  • Anbar və logistika;
  • İstehsalat;
  • IT və ERP komandası.

Vəzifə üzrə məsuliyyət

  • Analitik hesabatların düzgünlüyünə və etibarlılığına görə məsuliyyət daşımaq.
  • Məlumatların məxfiliyini və informasiya təhlükəsizliyi qaydalarını qorumaq.
  • Hesabatların müəyyən edilmiş müddətlərdə hazırlanmasını təmin etmək.
  • Aşkar edilmiş məlumat problemləri barədə aidiyyəti rəhbərliyə məlumat vermək.
  • Analitik məlumatların düzgün şərh edilməsini təmin etmək.

Hesabatlılıq

  • Birbaşa hesabat verdiyi rəhbər: ERP Manager, IT Manager, Business Intelligence Manager və ya Finance Manager (müəssisənin təşkilati strukturundan asılı olaraq). 

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində “ERP üzrə Data Analitik” qeyd edilməlidir. 

Другие вакансии компании Blackwell

Вакансии Blackwell