Перейти к содержимому
GoJob

Data Arxitektor

İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiData arxitektor — вакансия в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
29 октября 2026 г.
Приём заявок до
28 ноября 2026 г.

Вакансии в категории «Информационные технологии» в городе Баку

О вакансии

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ищет сотрудника на должность «Data Arxitektor» в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Təsvir

  • Rəqəmsal Hökumət Arxitekturasının formalaşdırılması çərçivəsində məlumat arxitekturasının (Data Architecture) hazırlanması və inkişaf etdirilməsi; 
  • Dövlət informasiya sistemləri və rəqəmsal platformalar üzrə mövcud (AS-IS) və hədəf (TO-BE) məlumat arxitekturasının təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi; 
  • Dövlət informasiya sistemləri arasında məlumatların idarə olunmasına, saxlanılmasına, paylaşılmasına və istifadəsinə dair vahid memarlıq prinsiplərinin, standartların və metodoloji yanaşmaların hazırlanması; 
  • Məlumat arxitekturası üzrə konsepsiyanın, inkişaf strategiyasının və mərhələli tətbiq planının hazırlanması və aktuallaşdırılması; 
  • Məlumat arxitekturasının Korporativ Arxitektura (Enterprise Architecture) çərçivəsinə uyğunlaşdırılması və digər memarlıq domenləri ilə əlaqələndirilməsi; 
  • Rəqəmsal Hökumət Arxitekturası çərçivəsində məlumat arxitekturasının konseptual və məntiqi səviyyədə modelləşdirilməsi, informasiya sistemləri arasında məlumat asılılıqlarının və məlumat axınlarının arxitektura baxımından təhlili və hədəf arxitektura həllərinin formalaşdırılması; 
  • Dövlət informasiya sistemləri arasında məlumatların təkrarlanması, uyğunsuzluğu, parçalanması və izolyasiyası ilə bağlı problemlərin müəyyənləşdirilməsi və optimallaşdırma təkliflərinin hazırlanması. 
  • Standartların müəyyən edilməsi: Dövlət qurumları üzrə məlumatların idarə edilməsi (Data Governance), məlumat keyfiyyəti, metadataların idarə edilməsi və normativ tələblərə uyğunluq sahələrində standartların, siyasətlərin və qaydaların müəyyən edilməsi və onlara riayət olunmasının təmin edilməsi. 
  • Dövlət informasiya sistemləri arasında məlumat mübadiləsinin və inteqrasiya mexanizmlərinin memarlıq baxımından qiymətləndirilməsi; 
  • API, ETL/ELT, CDC, event-driven architecture və digər məlumat inteqrasiyası yanaşmalarının tətbiqi üzrə memarlıq tələblərinin müəyyənləşdirilməsi; 
  • Məlumat anbarları (Data Warehouse), Data Lake, Data Lakehouse, məlumat kataloqları, məlumat reyestrləri və Data Product yanaşmaları üzrə həllərin qiymətləndirilməsi; 
  • Rəqəmsal Hökumət Arxitekturasının əsas komponentləri, o cümlədən məlumat mübadiləsi platformaları və dövlət reyestrləri arasında məlumatların əlaqələndirilməsi üzrə memarlıq təkliflərinin hazırlanması; 
  • Məlumat təhlükəsizliyi, fərdi məlumatların qorunması, giriş hüquqlarının idarə olunması və audit tələblərinin məlumat arxitekturasına inteqrasiyası. 
  • Dövlət qurumlarının Rəqəmsallaşma üzrə Diaqnostikası (DMA) və informasiya sistemlərinin qiymətləndirilməsi (İSQ) proseslərində məlumat arxitekturası üzrə ekspert kimi iştirak; 
  • Yeni informasiya sistemlərinin yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə memarlıq həllərinin qiymətləndirilməsi; 
  • Qiymətləndirmə nəticələri əsasında memarlıq rəylərinin, tövsiyələrin və təkmilləşdirmə tədbirlərinin hazırlanması; 
  • Dövlət qurumlarının rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanmasında və həyata keçirilməsinin monitorinqində iştirak;
  • Dövlət qurumlarına məlumat arxitekturası və məlumatların idarə edilməsi məsələləri üzrə metodoloji və əməli dəstəyin göstərilməsi; 
  • Dövlət qurumları, texniki komandalar, biznes nümayəndələri və digər maraqlı tərəflərlə koordinasiyanın təmin edilməsi; 
  • Müvafiq beynəlxalq təcrübələrin, standartların və texnoloji tendensiyaların araşdırılması; 
  • Görülmüş işlər üzrə hesabatların, təqdimatların və analitik materialların hazırlanması; 
  • Müvafiq işçi qruplarında, görüşlərdə və texniki müzakirələrdə iştirak. 

Tələblər

  • İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Məlumat arxitekturası və əlaqəli sahələr üzrə minimum 5 il iş təcrübəsi;
  • AS-IS və TO-BE məlumat arxitekturalarının hazırlanması, məlumat modelləşdirilməsi və sistemlərarası inteqrasiya üzrə təcrübə;
  • TOGAF, DAMA-DMBOK, Enterprise Architecture və Data Governance prinsipləri üzrə biliklər;
  • Məlumat modelləşdirilməsi, verilənlər bazaları və məlumat platformalarının arxitekturası üzrə təcrübə;
  • Məlumat inteqrasiyası, təhlükəsizliyi və interoperabellik prinsipləri üzrə biliklər;
  • Arxitektura həllərinin təhlili, modelləşdirilməsi, sənədləşdirilməsi və qiymətləndirilməsi bacarığı;
  • Dövlət informasiya sistemləri, rəqəmsal transformasiya və Enterprise Architecture layihələrində təcrübə;
  • Legacy sistemlərin modernləşdirilməsi və müasir məlumat platformaları üzrə biliklər;
  • DAMA CDMP, TOGAF və ya müvafiq texnoloji sertifikatların olması.
  • Azərbaycan dili – əla, ingilis dili – peşəkar səviyyədə, rus dili – arzuolunandır;
  • Analitik düşüncə, sistemli yanaşma, sənədləşdirmə və effektiv kommunikasiya bacarıqları.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Другие вакансии компании İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Вакансии İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi