Baş direktorun köməkçisi
Oven Food BakeryВакансия помощника руководителя в Баку
Зарплата: от 800 ₼ / мес.
- Локация
- Bakı, Sabunçu
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 7 ноября 2026 г.
- Приём заявок до
- 7 декабря 2026 г.
- Категория
- Офис и администрирование
Вакансии в категории «Офис и администрирование» в городе Баку
О вакансии
Oven Food Bakery ищет помощника руководителя в Баку (район Сабунчу). Полная занятость, зарплата 800 AZN. Отклик напрямую работодателю.
İş yeri: Balaxanı Sənaye Parkı
Əmək haqqı: İlkin olaraq 800–1000 AZN
Yeni məzun olmuş xanım namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Baş direktorun gündəlik iş fəaliyyətinin təşkilinə və idarə olunmasına dəstək göstərilməsi
- Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra olunmasının təmin edilməsi
- Müxtəlif şöbələr arasında koordinasiyanın həyata keçirilməsinə dəstək göstərilməsi
- Görüşlərin, işgüzar yazışmaların və gündəlik iş qrafikinin təşkil edilməsi
- İstehsalat və idarəetmə prosesləri ilə bağlı məlumatların toplanması və təhlilinə dəstək göstərilməsi
- Sənədləşmə və hesabatların hazırlanmasında iştirak edilməsi
- Rəhbərliyə gündəlik iş prosesləri ilə bağlı operativ məlumatların təqdim edilməsi
Tələblər:
- Xanım namizəd
- Təhsil: Qida mühəndisliyi və ya istehsalatın idarə edilməsi üzrə ali təhsil
- İş təcrübəsi tələb olunmur.
- Yeni məzun olmuş xanım namizədlərə üstünlük verilir.
- Məsuliyyətli, diqqətli və təşkilatçılıq qabiliyyətinə malik olmaq
- Yüksək ünsiyyət və koordinasiya bacarıqları
- Sənədləşmə və hesabat aparmaq bacarığı
- Öyrənməyə açıq, təşəbbüskar və hədəfyönümlü olmaq
- Rəhbərliklə işləmək və komanda ilə əməkdaşlıq etmək bacarığı
Qeyd: Bu vakansiya karyerasının ilk addımlarını atan, idarəetmə sahəsində inkişaf etmək və rəhbərlik təcrübəsi qazanmaq istəyən həvəsli və motivasiyalı namizədlər üçün nəzərdə tutulub. İş təcrübəsi tələb olunmur, öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli namizədlərə üstünlük verilir.
Xahiş edirik, elanı diqqətlə oxuduqdan sonra müraciət edəsiniz. Vakansiyaya uyğun gələn və özünü idarəetmə sahəsində inkişaf etdirmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.