İnteryer-dizayner
Abşeron Ticarət MərkəziВакансия дизайнера в Баку
Зарплата: от 2 000 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 15 октября 2026 г.
- Приём заявок до
- 14 ноября 2026 г.
- Категория
- Дизайн и творчество
О вакансии
Abşeron Ticarət Mərkəzi ищет дизайнера в Баку. Полная занятость, зарплата 2 000 AZN. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi;
- Sahələri ziyarət edilməsi, layihələr üzrə şərtlərin və məhdudiyyətlərin qiymətləndirilməsi;
- Memarlıq/dizayn layihələrinin dəqiq hazırlanması;
- Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi;
- Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması;
- Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması;
- Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi;
- Tələb olunan layihələr, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
- Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması və müəllif nəzarəti;
- Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi;
- Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual 3D görünüşlərin hazırlanması.
İş şəraiti:
- İş yeri – Lökbatan qəsəbəsi;
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı 2000-2200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Ali təhsilin və ya interyer-dizayn üzrə sertifikatların mövcudluğu;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
- Memarlıq/dizayn, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə;
- Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;
- AutoCAD, SketchUp, 3D Max, Illustrator, Revit, Corona, Photoshop, MS Office proqramlarından yüksək istifadə bacarığı;
- Komandada işləmək bacarığı;
- İşində məsuliyyətli, operativ və dəqiq olmaq;
- Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnteryer-dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.