Texniki dizayner
AZERTEXNOLAYN MMCВакансия дизайнера в Сумгаите
Зарплата: Зарплата не указана
- Локация
- Sumqayıt
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 3 ноября 2026 г.
- Приём заявок до
- 3 декабря 2026 г.
- Категория
- Дизайн, фото и видео
О вакансии
AZERTEXNOLAYN MMC ищет дизайнера в Сумгаите. Полная занятость. Отклик напрямую работодателю.
Tələblər:
- İxtisas: Maşınqayırma, mexanika mühəndisliyi, mexatronika və ya müvafiq mühəndislik sahələri üzrə təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Xarici dil bilikləri: Rus, türk və ingilis dillərini bilmək arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Word və Excel); SolidWorks, AutoCAD proqramlarında işləmək bacarığı;
- Inventor, CATIA, UG NX, Pro/ENGINEER kimi 3D modelləşdirmə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;
- ANSYS proqramı üzrə biliklərə malik olmaq üstünlükdür. Texniki çertyojların hazırlanması, oxunması və təhlili bacarığı;
- Yerli və beynəlxalq standartlar (DÜST, EN, ISO, API, AWWA və s.) üzrə biliklər;
- Layihələrin hazırlanması, icrası və təqibi prosedurları barədə məlumatlılıq;
- Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı;
- Analitik düşünmə, problem həll etmə və komandada işləmək bacarığı. sadece bu daha yigcam
Vəzifə öhdəlikləri
- İstehsal olunacaq məhsul və detallar üzrə bütün zəruri texniki çertyojların hazırlanması, rəsmiləşdirilməsi və istehsalata təqdim edilməsi;
- Yeni və innovativ məhsulların hazırlanması məqsədilə texniki araşdırmaların aparılması, detalların layihələndirilməsi və texniki təhlilinin həyata keçirilməsi;
- Detalların və montaj vahidlərinin texniki xüsusiyyətlərinin müəyyən edilməsi, müvafiq texniki sənədlərin və hesabatların hazırlanması, sistemləşdirilməsi və arxivləşdirilməsi;
- Layihələndirilən məhsulların yerli və beynəlxalq standartlara (DÜST, EN, ISO, API, AWWA və s.) uyğunluğunun təmin edilməsi;
- İstehsalat və emalatxana əməkdaşları ilə sıx əməkdaşlığın qurulması, istehsal prosesində yaranan texniki məsələlərin operativ həllində iştirak edilməsi;
- Qəlibləmə prosesləri üçün modellərin, qəliblərin və içliklərin layihələndirilməsi;
- Yeni sifariş olunan məhsulların ölçülərinin götürülməsi, texniki parametrlərinin müəyyənləşdirilməsi və prototiplərin hazırlanması;
- Məhsulların konstruktiv təkmilləşdirilməsi və istehsal proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
- Hazırlanmış layihələrin texniki tələblərə və istehsalat imkanlarına uyğunluğunun yoxlanılması; Şöbə rəhbəri tərəfindən verilən digər texniki tapşırıqların icrasında fəal iştirak edilməsi.
İş şəraiti
- İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
- İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Texniki dizayner” başlığı ilə CV göndərə bilərlər.