Payroll üzrə aparıcı mütəxəssis
Sağlam AiləВакансия специалиста по расчёту заработной платы в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 19 ноября 2026 г.
- Просмотры
- 687
- Отклики
- 56
- Приём заявок до
- 19 декабря 2026 г.
- Категория
- Бухгалтерия и аудит
О вакансии
Sağlam Ailə ищет специалиста по расчёту заработной платы в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə və öhdəliklər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, vergi qanunvericiliyinə və əməkhaqqı hesablamaları ilə bağlı digər normativ-hüquqi aktlara uyğun olaraq əməkhaqqı prosesinin həyata keçirilməsi;
- Əməkdaşların əməkhaqlarının, əlavələrin, mükafatların, bonusların, kompensasiyaların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
- Müəssisədə tətbiq olunan mükafatlandırma sisteminə əsasən fərdi və kollektiv fəaliyyət nəticələri üzrə bonus və mükafat hesablamalarının aparılması;
- Həkimlərin, tibbi və inzibati heyətin əməkhaqqı və əlavə ödənişlərinin təsdiq edilmiş hesablama mexanizmlərinə uyğun hazırlanması;
- Əlavə iş saatlarına, gecə növbələrinə, bayram və istirahət günlərində görülən işlərə görə ödənişlərin hesablanması;
- Məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər əmək münasibətləri ilə əlaqədar ödənişlərin hesablanması;
- İşə qəbul, əməkhaqqı dəyişiklikləri və əmək müqaviləsinə xitam verilməsi zamanı müvafiq hesablamaların və son haqq-hesabın aparılması;
- Gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması, müvafiq tutulmaların və hesabatların hazırlanması;
- Əməkhaqqı sistemində məlumatların işlənməsi, ödəniş reyestrlərinin hazırlanması və əməkhaqqı ödənişlərinin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinin təmin edilməsi;
- Əməkhaqqı prosesləri üzrə maliyyə və mühasibatlıq bölmələri ilə koordinasiyanın təmin edilməsi, hesablamalarda yaranan uyğunsuzluqların aradan qaldırılması;
Namizədə olan tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Payroll və əməkhaqqı hesablanması sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əmək və vergi qanunvericiliyi üzrə praktiki biliklər;
- Vergi və məcburi sığorta tutulmalarının hesablanması üzrə biliklər;
- Əməkhaqqı, vergi və sosial sığorta ödənişləri üzrə mühasibat müxabirləşmələrini (debet və kredit yazılışlarını) bilmək və tətbiq etmək bacarığı;
- Analitik düşünmə, yüksək dəqiqlik və məsuliyyətlilik;
Qeyd:
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.