Перейти к содержимому
GoJob

Event Manager (Tədbirlərin təşkili üzrə mütəxəssis)

Prior LeasingEvent manager — вакансия в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı, Nərimanov
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
30 октября 2026 г.
Приём заявок до
29 ноября 2026 г.
Категория
Маркетинг

Вакансии в категории «Маркетинг» в городе Баку

О вакансии

Prior Leasing ищет сотрудника на должность «Event Manager» в Баку (район Нариманов). Полная занятость. Отклик напрямую работодателю.

Prior Leasing şirkəti Event Manager (Tədbirlərin təşkili üzrə mütəxəssis) vakansiyası elan edir!

Namizədə dair tələblər:

  • Ali təhsil (marketinq,  menecment, jurnalistika və ya əlaqəli sahələr üzrə üstünlükdür).
  • Tədbirlərin təşkili, event menecment və ya PR sahəsində 1–2 il iş təcrübəsi
  • Korporativ tədbirlərin, konfransların, sərgilərin və təqdimatların təşkili üzrə təcrübə
  • Tədbir büdcələrinin hazırlanması, xərclərə nəzarət və bazar araşdırması apararaq qiymət təkliflərinin hazırlanması bacarığı
  • Güclü təşkilatçılıq, vaxtın idarə edilməsi və detallara diqqət
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini işgüzar səviyyədə bilmək
  • MS Office proqramlarında sərbəst işləmək
  • Regionlara ezamiyyətlərə hazır olmaq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin Bakı və regionlarda keçirilən daxili və xarici tədbirlərinin (korporativ tədbirlər, konfranslar, sərgilər, təqdimatlar və s.) konsepsiyasının hazırlanması, planlaşdırılması və təşkili
  • Regional tədbirlər üzrə məkan, nəqliyyat, yerləşmə və digər logistika məsələlərinin təşkili, yerli podratçılar və aidiyyəti qurumlarla koordinasiyanın təmin edilməsi
  • Tədbir büdcələrinin və logistika xərclərinin hazırlanması, təsdiq olunmuş büdcəyə uyğun icrasına və xərclərin sənədləşdirilməsinə nəzarət
  • Tədbir proqramlarının, ssenarilərin, qonaq siyahılarının və dəvətnamələrin hazırlanması
  • Tədbir günü proseslərin yerində idarə edilməsi, iştirakçıların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yaranan problemlərin operativ həlli
  • Regional sərgi, yarmarka, festival və təqdimatlarda şirkətin iştirakının təşkili
  • Tədbirlərdən sonra nəticələrin, xərclərin və iştirakçı rəylərinin təhlili, hesabatların hazırlanması və tədbir materialları ilə avadanlıqların qorunmasına nəzarət
  • Şirkətin brend standartlarına, korporativ etika və məxfilik qaydalarına riayət edilməsi.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü.
  • İş yeri: Çinar Park Biznes Mərkəzi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Event Manager” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2631&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.

Другие вакансии компании Prior Leasing

Вакансии Prior Leasing