Hesabatlar üzrə mütəxəssis — Reporting Specialist
AGA GroupHesabatlar üzrə mütəxəssis — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 12 ноября 2026 г.
- Приём заявок до
- 12 декабря 2026 г.
- Категория
- Финансы, банк и страхование
Вакансии в категории «Финансы, банк и страхование» в городе Баку
О вакансии
AGA Group ищет сотрудника на должность «Hesabatlar üzrə mütəxəssis» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Təsvir
- Şirkətin maliyyə və kredit portfeli üzrə gündəlik, həftəlik və aylıq hesabatlarını hazırlamaq və təhlil etmək;
- Maliyyə göstəricilərini təhlil edərək kənarlaşmaları, uyğunsuzluqları və potensial riskləri müəyyən etmək;
- Kredit portfelinin keyfiyyətini, gecikmiş kreditləri (PAR), problemli kreditləri (NPL) və digər əsas risk göstəricilərini izləmək və qiymətləndirmək;
- Maliyyə və əməliyyat məlumatlarının düzgünlüyünü yoxlamaq, hesabatlarda aşkar edilən səhvlərin səbəblərini araşdırmaq;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmaması üçün konkret düzəliş və təkmilləşdirmə təklifləri hazırlamaq;
- Faktiki göstəriciləri əvvəlki dövrlərlə və plan göstəriciləri ilə müqayisə etmək, dəyişikliklərin səbəblərini izah etmək;
- Rəhbərlik üçün analitik hesabatlar hazırlamaq, əsas riskləri və tələb olunan tədbirləri təqdim etmək;
- Müvafiq struktur bölmələri ilə birlikdə aşkar edilmiş problemlərin həlli prosesini izləmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində ən azı 2 il müvafiq iş təcrübəsi;
- Maliyyə göstəricilərini təhlil etmək, uyğunsuzluqları və riskləri müəyyənləşdirmək bacarığı;
- Kredit portfelinin əsas göstəriciləri, o cümlədən PAR və NPL haqqında bilik;
- MS Excel proqramında sərbəst işləmək, mürəkkəb formullar, Pivot Table və məlumatların təhlili alətlərindən istifadə bacarığı;
- Problemlərin səbəblərini müəyyənləşdirmək və əsaslandırılmış həll yolları təklif etmək bacarığı;
- Bank, BOKT və ya digər maliyyə təşkilatında iş təcrübəsi üstünlükdür;
- Analitik düşüncə, dəqiqlik və müstəqil işləmək bacarığı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.