Lead Railway Construction Engineer
Azerbaijan Metal CompanyВакансия инженера-строителя в Баку
Зарплата: Зарплата не указана
О вакансии
Azerbaijan Metal Company ищет инженера-строителя в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Reporting to: COO/ Engineering Manager
Business Unit: Operations
Work location: Baku
Department: Engineering
Manage Others: Yes
Country: Azerbaijan
Business Need / Purpose of Role:
- Bu vəzifə yalnız qatarların hərəkətini idarə edən və ya stansiyada növbə çəkən mütəxəssis deyil. Bu şəxs zavodun bütün dəmir yolu sisteminin necə layihələndiriləcəyini, nə qədər yük və vaqon qəbul/göndərməli olduğunu, yolların və manevr sahələrinin necə təşkil olunacağını, sistemin zavodun 5.3 milyon ton gücünə necə uyğunlaşdırılacağını və son nəticədə onun necə istismar ediləcəyini texniki baxımdan idarə edən Lead/Senior səviyyəli mütəxəssisdir.
- Mühəndis HBI zavodunun dəmir yolu sisteminin Konsept və “Basic Design” mərhələsindən “Detailed Design”, tikinti, təhvil vermə və kommersiya istismarına qədər bütün layihə dövrünə texniki rəhbərlik edir.
- Əsas məqsəd zavodun dəmir yolu infrastrukturunun istehsal, logistika, materialların qəbulu və göndərilməsi sistemləri, materialların daşınması sistemləri və xarici dəmir yolu şəbəkəsi ilə tam inteqrasiyasını təmin etməkdir.
Key Responsibilities:
- Zavodun ümumi dəmir yolu stansiyası konsepsiyasının hazırlanmasına və texniki yoxlanılmasına rəhbərlik etmək. Buraya dəmir yolu yollarının yerləşmə sxemi, qatarların qəbulu və göndərilməsi yolları, manevr və çeşidləmə yolları, yükləmə-boşaltma sahələri, dəmir yolu tərəzisi, lokomotiv infrastrukturu və xarici dəmir yolu şəbəkəsinə qoşulma daxildir.
- Dəmir yolu əməliyyatlarının iş prinsipini (Railway Operating Philosophy) hazırlamaq və təsdiqləmək: qatarların qəbulu, vaqonların boşaldılması və yüklənməsi, vaqonların hərəkəti, qatarların formalaşdırılması, manevr əməliyyatları və qatarların göndərilməsi.
- Dəmir yolu infrastrukturunun və onun buraxılış qabiliyyətinin (capacity) zavodun istehsal gücü və logistika tələbləri ilə uyğunluğunu təmin etmək. Sistem illik 5.3 milyon ton yük dövriyyəsini (5.3 Mtpa) təmin etməlidir.
- Dəmir yolu sisteminin kapasitəsi, qatar hərəkəti, vaqon axını və əməliyyat göstəricilərini hesablamaq və ya texniki baxımdan yoxlamaq; mümkün darboğazları (bottlenecks) müəyyən etmək və sistemdə tələb olunan əməliyyat ehtiyatını (operational reserve) qiymətləndirmək.
- Design for Operability prinsipini tətbiq etmək — layihələndirilən dəmir yolu sisteminin real istismar şəraitində praktik, təhlükəsiz, texniki xidmət üçün əlverişli və iqtisadi cəhətdən səmərəli olmasını təmin etmək.
- Dəmir yolu üzrə Basis of Design, Design Criteria, track layout və profile-lar, texniki spesifikasiyalar, hesablamalar, tender sənədləri, tikinti çertyojları və as-built sənədlərinə texniki baxış keçirmək və onları təsdiqləmək.
- Dəmir yolu sistemi üzrə texniki riskləri, digər sistemlərlə texniki interfeysləri və standartlardan və layihə tələblərindən kənarlaşmaları müəyyən etmək və idarə etmək.
- Dəmir yolu sisteminin aşağıdakı sahələrlə texniki inteqrasiyasını və koordinasiyasını təmin etmək: istehsal texnologiyası (process technology); materialların daşınması sistemləri (material handling); anbar və saxlama sistemləri; logistika; avtomobil yolları; utilities; avtomatika və siqnalizasiya; xarici dəmir yolu infrastrukturu.
- Layihəni dəmir yolu infrastrukturu sahibləri, dəmir yolu operatorları, daşıyıcı şirkətlər, dövlət qurumları, EPC podratçıları, layihələndiricilər, avadanlıq və xidmət təchizatçıları və gələcək zavod əməliyyat komandası ilə texniki müzakirələrdə təmsil etmək.
- Tikinti, inspeksiya, testlər, commissioning və start-up mərhələlərində texniki dəstək göstərmək. Buraya sınaq manevrlərinin (trial shunting), vaqonların qəbulu və göndərilməsinin sınaqdan keçirilməsi və xarici dəmir yolu şəbəkəsi ilə qarşılıqlı əlaqənin yoxlanılması daxildir.
- Gələcək əməliyyat heyətinin layihənin müvafiq mərhələlərinə cəlb olunmasını təmin etmək və zavod kommersiya fəaliyyətinə başlamazdan əvvəl dəmir yolu sisteminin tam əməliyyat hazırlığını (operational readiness) yoxlamaq.
Job Knowledge/ Education/ Qualifications & Skills
Education and/or Experience:
- Dəmir yolu nəqliyyatı, dəmir yolu sistemləri, nəqliyyat infrastrukturu və ya əlaqəli mühəndislik ixtisası üzrə ali texniki təhsil. Dəmir yolu sistemləri üzrə təhsili olan namizədlərə üstünlük verilir.
- Dəmir yolu sektorunda 10+ il peşəkar təcrübə, xüsusilə Railway Engineer / Railway Systems Engineer və ya analoji mühəndislik vəzifəsində iş təcrübəsi.
- Dəmir yolu infrastrukturunun layihələndirilməsi və tikintisi üzrə praktiki təcrübə. Xüsusilə dəmir yolu stansiyaları, yük terminalları, çeşidləmə və manevr kompleksləri, train/freight hubs və ya sənaye dəmir yolu obyektləri üzrə təcrübə arzuolunandır.
- Dəmir yolu sistemlərinin layihələndirilməsi üzrə güclü texniki biliklər və layihələndirilən sistemlərin sonrakı istismarını düzgün qiymətləndirmək bacarığı.
- Dəmir yolu əməliyyatları üzrə yaxşı praktiki anlayış: qatarların qəbulu və göndərilməsi, manevr əməliyyatları, vaqonların hərəkəti, qatarların formalaşdırılması və yük əməliyyatları.
- Dəmir yolu layihələrinin Concept / Basic Design, Detailed Design, Construction və Commissioning mərhələlərində iştirak və ya layihəyə texniki rəhbərlik təcrübəsi.
- Dəmir yolu sisteminin digər layihə sistemləri ilə texniki interfeyslərinin koordinasiyası üzrə təcrübə, o cümlədən istehsal texnologiyası, materialların daşınması sistemləri, logistika və xarici dəmir yolu infrastrukturu ilə inteqrasiya.
- Dəmir yolu əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təcrübə üstünlükdür. Bununla belə, bu vəzifə yalnız əməliyyat yönümlü mütəxəssis üçün nəzərdə tutulmayıb; əsas profil layihələndirmə və mühəndislik, əməliyyat bilikləri isə vacib əlavə üstünlükdür.
- Dəmir yolu sisteminin buraxılış qabiliyyətinin (capacity), qatar hərəkətinin, vaqon axınının, mümkün darboğazların (bottlenecks) və istismar qabiliyyətinin (operability) texniki qiymətləndirilməsi üzrə bacarıqlar.
- Layihə komandaları, layihələndiricilər, EPC podratçıları, dəmir yolu operatorları və digər maraqlı tərəflərlə texniki koordinasiya və effektiv kommunikasiya bacarığı.
- Rus və Azərbaycan dilləri — tələb olunur. İngilis dili — üstünlükdür, xüsusilə beynəlxalq texniki sənədlərlə və xarici podratçılarla işləmək baxımından.
- Layihə əsaslı (project-based) iş formatında çalışmağa hazır olmaq. İş yeri: Bakı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.