Перейти к содержимому
GoJob

HR üzrə Praktiki Təcrübə Proqramı

BAA CONSULTİNGВакансия HR-специалиста в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
7 ноября 2026 г.
Приём заявок до
7 декабря 2026 г.

Вакансии в категории «Управление персоналом» в городе Баку

О вакансии

BAA CONSULTİNG ищет HR-специалиста в Баку. Полная занятость. Отклик напрямую работодателю.

“BAA CONSULTİNG” – Mühasibatlıq, Vergi, Kadr uçotu və digər xidmətlər üzrə 10 ildən artıq təcrübəyə malik olan konsaltinq şirkəti olaraq HR üzrə sıfırdan praktiki və nəzəri olaraq iki hissədən ibarət olan təcrübə proqramına İyul-avqust ayları üzrə yeni qruplara qəbul elan olundu.

İlk öncə onu qeyd edək ki, “BAA CONSULTİNG” nəzdində fəaliyyət göstərən “BAA ACADEMY” olaraq biz sizə öz peşəkar işimizi öyrədirik! 

Proqram sizə nə qazandıracaq?

  • Real şirkət üzərindən canlı iş təcrübəsi
  • ƏMAS portalı ilə praktika
  • Video dərslər və materiallar
  • Rəsmi sertifikat (CONSULTİNG tərəfindən)

Kimlər müraciət edə bilər?

  • HR sahəsinə marağı olanlar
  • Yeni başlayanlar
  • Təcrübəsi olmayan məzunlar
  • Karyerasını dəyişmək istəyənlər

Qeyd: Proqram ödənişli əsaslarla təşkil olunur.

Müddət 3 ay

Həftədə 2 dəfə-2saat  (ofis şəraitində Praktiki təcrübə imkanı)

Nələri öyrənəcəksiniz:

Giriş və Əsaslar, Əmək Müqavilələri

  • Əmək qanunvericiliyinə ümumi baxış 
  • Bu Məcəllənin şamil edilmədiyi şəxslər 
  • İşçi və işəgötürənin hüquq və vəzifələri 
  • Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 
  • Müqavilə növləri: müddətli, müddətsiz
  • Sınaq müddəti və onun tənzimlənməsi qaydası
  • Əmək müqaviləsinin tərəfləri,forması, məzmunu, bağlanması, dəyişdirilməsi və ləğvi, -Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:

  • Əmas sistemində işəgötürən qismində səllahiyyətli şəxsin qeydiyyatı və və səlahiyyətlərin verilməsi 
  • Bank hesabının yaradılması
  • Müəssisənin strukturunun yaradılması
  • Ştatların yaradılması və vakansiya bankına göndərilməsi
  • Yeni işə qəbul edilən şəxslə onlayn əmək müqaviləsi bağlanması onlayn əmək müqaviləsi dəyişikliklərin edilməsi onlayn əmək müqaviləsinə xitam verilməsi

Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları 

  • Əmək müqaviləsinə xitam verilməsinin əsasları 
  • Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
  • İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
  • Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar
  • Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
  • Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
  • Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları

Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları . İş vaxtının növləri və tənzimlənməsi qaydaları 

  • Əmək müqavilələri bağlanmasının, dəyişdirilməsinin və xitam verilməsinin sənədləşdirilməsi qaydası, xasiyyətnamələrin verilməsi
  • İşə qəbul , əmək müqaviləsinə dəyişikliyin rəsmiləşdirilməsi və Əmək müqaviləsinə xitam verilmə haqqında əmrlərin hazırlanması
  • İş və istirahət saatlarının tənzimlənməsi 
  • Qısaldılmış iş vaxtı və Natamam iş vaxtı

Əmək və icra intizamının təmin edilməsi qaydalari , Əmək haqqı tabellərinin hazırlanması 

Əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimələr 

Əsaslar

  • Əmək Məcəlləsi: mahiyyəti və hüquqi tələbləri, prinsipləri.
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi (Miqrasiya Xidmətinə sənədlərin təqdim olunması) 
  • Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan 

Məcburi əməyin qadağan edilməsinin huquqi əsasları - Həmkarlar ittifaqları haqqında

  • İş vaxtı, tabellər və məzuniyyətlər İş və istirahət vaxtı; qısaldılmış və natamam iş vaxtı; cəmlənmiş uçot. 
  • Gecə, iş vaxtından artıq, istirahət və bayram günlərində işin tənzimlənməsi və məhdudiyyətlər. 
  • Excel-də iş vaxtının uçotu və əməkhaqqı tabellərinin hazırlanması. 
  • Əsas, əlavə, sosial, təhsil, yaradıcılıq və ödənişsiz məzuniyyətlər; iş ili, istifadə və xitam zamanı məzuniyyət hüququ. 
  • ƏMAS-da məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi.
  • Əməkhaqqı, tutulmalar və intizam Əməkhaqqının hesablanması; gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları. İşçidən tutulmaların və işəgötürənin sığorta öhdəliklərinin fərqləndirilməsi. 
  • Əməkhaqqı kartlarının sifarişi və bank platformasında ödənişlərin icrası. Müəssisədaxili intizam qaydaları; tənbeh vermək səlahiyyəti, tətbiq şərtləri, müddətlər və vaxtından əvvəl götürülmə.
  • Xüsusi rejimlər və dövlət qurumları Hamilə, azyaşlı uşağı olan qadınların və 18 yaşına çatmamış işçilərin hüquqları, təminatları və iş məhdudiyyətləri. 
  • İşğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərin əmək xüsusiyyətləri və güzəştləri. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə qəbulu; 
  • Dövlət Miqrasiya Xidmətinə sənədlərin təqdim olunması. Dövlət Əmək Müfəttişliyi Xidməti və həmkarlar ittifaqları ilə münasibətlər.

Əlavə üstünlük.

  • DSMF hesabatları Şirkət və fərdi sahibkar üzrə hesabatların real sənədlər əsasında hazırlanması və göndərilməsi.
  • Rəsmi statistika hesabatları “4-Əmək”, “1-Əmək” və “1-Yeni İş Yeri” formalarının tərtibi və müvafiq portalda təqdim edilməsi.
  • İcbari sığorta / İSB İcbari sığorta müqavilələrinin onlayn bağlanması və sistemə daxil edilməsi.
  • TƏLİMİN SONUNDA SİZİN OLACAQ BAA Consulting/Academy sertifikatı və CV-də göstərə biləcəyiniz praktik bacarıqlar. İşə qəbul, xitam, tabel, məzuniyyət və əməkhaqqı üzrə tətbiqi biliklər. 30+ sənəd şablonu və təlimdən sonra 1 aylıq konsultasiya dəstəyi.

Əlaqə +994102609967

Другие вакансии компании BAA CONSULTİNG

Вакансии BAA CONSULTİNG