Перейти к содержимому
GoJob
Назад к списку вакансий

İnsan Resursları şöbəsinin Baş mütəxəssisi

Təhsil Texnologiyaları MərkəziВакансия HR-специалиста в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
20 ноября 2026 г.
Просмотры
710
Отклики
53
Приём заявок до
20 декабря 2026 г.

Вакансии в категории «Управление персоналом» в городе Баку

О вакансии

Təhsil Texnologiyaları Mərkəzi ищет HR-специалиста в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Təhsil Texnologiyaları Mərkəzi İnsan Resursları şöbəsinin Baş mütəxəssisi vəzifəsi üzrə peşəkar və təcrübəli namizədləri komandamıza qoşulmağa dəvət edir.

Əsas vəzifə öhdəlikləri

  • HR strategiyasının hazırlanması və icrasında fəal iştirak etmək;
  • İşə qəbul, adaptasiya və əməkdaşların motivasiyası proseslərini idarə etmək;
  • Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr sənədləşməsini və uçotunu aparmaq;
  • Performansın qiymətləndirilməsi və əməkdaşların inkişaf proqramlarını hazırlamaq və tətbiq etmək;
  • HR analitikası, işçi dövriyyəsi, məzuniyyət qalıqları və digər əsas HR göstəriciləri üzrə statistik və analitik hesabatlar hazırlamaq;
  • Korporativ mədəniyyətin formalaşdırılması və daxili kommunikasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əlaqəli normativ hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək, onların HR proseslərinə təsirini təhlil etmək;
  • HR siyasət və prosedurlarının hazırlanması, təkmilləşdirilməsi və tətbiqində iştirak etmək.

Namizədə dair tələblər

  • İnsan Resursları, Biznesin İdarəedilməsi, Hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər;
  • HR texnologiyaları və MS Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
  • Güclü analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Yüksək kommunikasiya və komanda ilə işləmək bacarığı;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Beynəlxalq HR sertifikatlarının olması arzuolunandır.

İş şəraiti

  • İş yeri: Təhsil Texnologiyaları Mərkəzi
  • İş rejimi: Tam ştat
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatları: 09:00–18:00
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

E-mailin mövzu hissəsində “İnsan Resursları şöbəsinin Baş mütəxəssisi” qeyd olunmalıdır.

Tələblərə uyğun namizədlər ilkin qiymətləndirmə mərhələsindən sonra müsahibəyə dəvət ediləcəklər.

Похожие вакансии