Перейти к содержимому
GoJob

İT Departament müdiri

DecolivİT departament müdiri — вакансия в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Волонтёрство
Опубликовано
23 октября 2026 г.
Приём заявок до
22 ноября 2026 г.

Вакансии в категории «Информационные технологии» в городе Баку

О вакансии

Decoliv ищет сотрудника на должность «İT Departament müdiri» в Баку. Волонтёрство. Отклик напрямую работодателю.

Şirkətimizin İT strategiyasına rəhbərlik edəcək, texnoloji infrastrukturun dayanıqlığını və rəqəmsal transformasiyanı təmin edəcək İT Departament müdiri axtarırıq.

Əsas vəzifələr:

  • Şirkətin İT strategiyasını hazırlamaq, biznes strategiyasına uyğunlaşdırmaq və icrasını təmin etmək;
  • Şirkətin İT infrastrukturunun, ERP, POS, ITSM və BPM sistemlərinin fasiləsiz və effektiv fəaliyyətini təmin etmək;
  • Filial şəbəkəsinin İT əməliyyatlarını idarə etmək, sistemlərin dayanıqlığını və əlçatanlığını təmin etmək;
  • İT infrastrukturunun (LAN/WAN, SD-WAN, VPN, Wi-Fi), serverlərin, virtualizasiya mühitlərinin və data mərkəzlərinin idarə edilməsinə nəzarət etmək;
  • Bulud və hibrid infrastruktur həllərinin tətbiqini, inkişafını və optimallaşdırılmasını təmin etmək;
  • İT sistemlərinin, verilənlər bazalarının və korporativ tətbiqlərin təhlükəsizliyini, performansını və davamlılığını təmin etmək;
  • Kibertəhlükəsizlik strategiyasını formalaşdırmaq, informasiya təhlükəsizliyi risklərini qiymətləndirmək və müvafiq qorunma tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • ISO 27001 standartı, İT audit və informasiya təhlükəsizliyi tələblərinə uyğunluğu təmin etmək;
  • Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery) və biznesin fasiləsizliyi (BCP/DRP) planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • İT xidmətlərinin keyfiyyətini yüksəltmək, xidmət səviyyəsi göstəricilərini (SLA) müəyyənləşdirmək və monitorinqini aparmaq;
  • İT layihələrini planlaşdırmaq, idarə etmək və onların vaxtında, müəyyən edilmiş büdcə çərçivəsində tamamlanmasını təmin etmək;
  • Rəqəmsal transformasiya, avtomatlaşdırma, süni intellekt və data analitikası həllərinin tətbiqi imkanlarını qiymətləndirmək və müvafiq layihələri həyata keçirmək;
  • İT büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və texnoloji investisiyaların effektivliyini qiymətləndirmək;
  • İT sistemləri və xidmətləri üzrə təchizatçıların fəaliyyətini idarə etmək, müqavilələrin icrasına və xidmət keyfiyyətinə nəzarət etmək;
  • İT komandasının fəaliyyətini təşkil etmək, əməkdaşların peşəkar inkişafını və fəaliyyət göstəricilərinin qiymətləndirilməsini təmin etmək;
  • Biznes bölmələrinin texnoloji ehtiyaclarını müəyyənləşdirmək, uyğun İT həllərini təklif etmək və tətbiqini koordinasiya etmək;

Namizədə dair tələblər:

  • İT, mühəndislik, iqtisadiyyat və ya biznes idarəetməsi üzrə ali təhsilə malik olmaq;
  • Pərakəndə satış, FMCG və ya distribusiya sahəsində minimum 7 il, o cümlədən ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq;
  • 40-dan çox əməkdaşdan ibarət komandaların və geniş filial şəbəkəsinin İT fəaliyyətinin idarə edilməsi təcrübəsinə malik olmaq;
  • ERP, POS, ITSM və BPM sistemləri və metodologiyaları üzrə dərin biliklərə malik olmaq;
  • Şəbəkə infrastrukturu (LAN/WAN, SD-WAN, VPN, Wi-Fi), serverlər, virtualizasiya və data mərkəzlərinin idarə edilməsi üzrə biliklərə malik olmaq;
  • Bulud və hibrid infrastruktur həlləri (Azure, AWS və ya lokal provayderlər) üzrə biliklərə malik olmaq;
  • MS SQL, Oracle və PostgreSQL verilənlər bazalarının idarə edilməsi prinsiplərini bilmək;
  • Kibertəhlükəsizlik, ISO 27001, İT audit və informasiya təhlükəsizliyi tələbləri üzrə biliklərə malik olmaq;
  • Ehtiyat nüsxələmə, fəlakət bərpası (Disaster Recovery) və biznesin fasiləsizliyinin təmin edilməsi (BCP/DRP) üzrə biliklərə malik olmaq;
  • PMP, Agile və ITIL kimi layihə idarəetməsi metodologiyalarını bilmək;
  • Strateji düşünmə və analitik təhlil bacarıqlarına malik olmaq;

 Üstünlük hesab olunur:

  • Rəqəmsal transformasiya, süni intellekt və data analitikası layihələrində uğurlu təcrübə;
  • Beynəlxalq pərakəndə satış təcrübələri və bazar standartları ilə tanışlıq;
  • PMP, ITIL, CCNA/CCNP, Azure/AWS, CISSP və ya ISO 27001 üzrə müvafiq sertifikatların olması.

Biz nə təklif edirik?

  • Rəqabətli əməkhaqqı;
  • Nahar təminatı;
  • Könüllü tibbi sığorta;
  • Korporativ mobil nömrə;
  • Müasir texnologiyalar və real layihələr üzərində işləmək imkanı.

CV-nizi "İT Departament Müdiri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.

Другие вакансии компании Decoliv

Вакансии Decoliv