Перейти к содержимому
GoJob
Назад к списку вакансий

İT satınalmaları üzrə mütəxəssis

TechtonasİT satınalmaları üzrə mütəxəssis — вакансия в Баку

Зарплата: от 1 000 ₼ / мес.

Локация
Bakı, Nərimanov
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
19 ноября 2026 г.
Просмотры
633
Отклики
54
Приём заявок до
19 декабря 2026 г.

Вакансии в категории «Логистика, склад и закупки» в городе Баку

О вакансии

Techtonas ищет сотрудника на должность «İT satınalmaları üzrə mütəxəssis» в Баку (район Нариманов). Полная занятость, зарплата 1 000 AZN. Отклик напрямую работодателю.

Şirkətimizin İT avadanlıqları, proqram təminatları və texnoloji xidmətlər üzrə satınalma proseslərini idarə edəcək İT satınalmaları üzrə mütəxəssis axtarırıq.

Əsas vəzifələr

  • İT avadanlıqları, proqram təminatları, lisenziyalar və texniki xidmətlər üzrə satınalma sorğularını qəbul etmək və icrasını təmin etmək;
  • İT şöbəsi ilə birlikdə texniki tələbləri və satınalma ehtiyaclarını dəqiqləşdirmək;
  • Yerli və xarici təchizatçıları araşdırmaq, qiymət təklifləri toplamaq və müqayisəli təhlil hazırlamaq;
  • Təklifləri qiymət, texniki uyğunluq, keyfiyyət, zəmanət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə qiymətləndirmək;
  • Təchizatçılarla danışıqlar aparmaq, uyğun kommersiya şərtlərini razılaşdırmaq;
  • Sifarişlərin rəsmiləşdirilməsini, müqavilələrin razılaşdırılmasını və çatdırılma prosesini əlaqələndirmək;
  • Proqram təminatı və abunəliklər üzrə lisenziya müddətlərini və yenilənmə tarixlərini izləmək;
  • Satınalma sənədlərinin düzgünlüyünə nəzarət etmək, maliyyə və digər aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək;
  • Təchizatçı bazasını yeniləmək və onların fəaliyyətini qiymətləndirmək;
  • Satınalma xərcləri üzrə hesabatlar hazırlamaq və optimallaşdırma imkanlarını müəyyənləşdirmək.

Namizədə tələblər

  • İqtisadiyyat, biznesin idarə edilməsi, logistika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Satınalma sahəsində minimum 2 il iş təcrübəsi; İT satınalmaları üzrə təcrübəyə üstünlük verilir;
  • Kompüter, noutbuk, server, şəbəkə avadanlıqları və periferik qurğuların əsas texniki göstəricilərini anlamaq;
  • Proqram təminatı, lisenziyalaşdırma və abunəlik modelləri haqqında ümumi biliklər;
  • Təchizatçıların araşdırılması, kommersiya təkliflərinin müqayisəsi və danışıqların aparılması bacarığı;
  • Müqavilə, sifariş, hesab-faktura və digər satınalma sənədləri ilə işləmək bacarığı;
  • MS Excel-də müqayisə cədvəlləri və hesabatlar hazırlamaq bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət və işgüzar yazışma bacarığı;
  • İngilis dilində texniki sənədləri və kommersiya təkliflərini anlamaq, işgüzar yazışma aparmaq bacarığı;
  • Analitik düşüncə, detallara diqqət, məsuliyyət və vaxtın düzgün idarə edilməsi.

Üstünlük verilən bilik və təcrübə

  • Xarici təchizatçılarla əməkdaşlıq və idxal prosesləri haqqında biliklər;
  • Bulud xidmətləri, informasiya təhlükəsizliyi həlləri və korporativ proqram təminatlarının satınalınması üzrə təcrübə;
  • Tender və təklif sorğularının hazırlanması təcrübəsi;
  • Satınalmanın yalnız ilkin qiymətini deyil, istifadə, xidmət və yenilənmə xərclərini də müqayisə etmək bacarığı.

İş şəraiti

  • İş yeri: Techtonas MMC, Çinar park biznes mərkəzi
  • İş qrafiki: 1-5 gün, 09:00-18:00
  • İş formatı: Ofisdaxili
  • Əməkhaqqı: 1000-1500 Azn (müsahibə əsasında təyin ediləcək)
  • Əlavə təminatlar: Korporativ nömrə

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Другие вакансии компании Techtonas

Вакансии Techtonas