IT və Kiber Risklərinin İdarə Edilməsi şöbəsi üzrə Baş mütəxəssis
PASHA BankIT və kiber risklərinin idarə edilməsi şöbəsi üzrə mütəxəssis — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 7 сентября 2026 г.
- Приём заявок до
- 30 октября 2026 г.
- Категория
- Финансы, банк и страхование
Вакансии в категории «Финансы, банк и страхование» в городе Баку
О вакансии
PASHA Bank ищет сотрудника на должность «IT və Kiber Risklərinin İdarə Edilməsi şöbəsi üzrə mütəxəssis» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Əsas vəzifə öhdəlikləri:
· Əhəmiyyətli İT/kiber risk və insidentlər üzrə kök səbəbləri, təsirləri, nəzarət boşluqlarını və təkrarlanma riskini təhlil etmək;
· Risklərin məxsusi və qalıq səviyyəsinin düzgün qiymətləndirilməsini, tədbirlər planlarının riskə adekvatlığını və risk reyestrində məlumatların keyfiyyətini yoxlamaq;
· Yeni və əhəmiyyətli məhsul, xidmət, sistem, cloud, arxitektura və texnoloji dəyişikliklər üzrə əsaslandırılmış müstəqil risk rəyləri vermək;
· Data-sharing və data idarəetmə təşəbbüsləri üzrə data təsnifatı, keyfiyyəti, giriş, məxfilik, saxlanma, ötürülmə və üçüncü tərəf risklərini qiymətləndirmək;
· AI use case və həlləri üzrə riskləri, onların mümkün maliyyə, əməliyyat, texnoloji, hüquqi-tənzimləyici və reputasiya təsirlərini qiymətləndirmək, mövcud nəzarət mexanizmlərinin adekvatlığını nəzərdən keçirmək və zəruri riskazaldıcı tələblər üzrə əsaslandırılmış risk rəyi vermək;
· AI və data riskləri üzrə risk taksonomiyasının, qiymətləndirmə meyarlarının, risk indikatorlarının və monitorinq yanaşmalarının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
· Yüksək riskli vendor, cloud və outsourced xidmət qiymətləndirmələrini aparmaq, davamlı monitorinq nəticələrini nəzərdən keçirmək və tədbirlərin icrasını izləmək;
· RCSA çərçivəsində İT/kiber risk və nəzarət qiymətləndirmələrinin keyfiyyətini yoxlamaq və tədbirlər planları üzrə əsaslandırılmış mövqe bildirmək;
· Control testing nəticələrinin risk səviyyəsinə təsirini qiymətləndirmək və zəruri dəyişiklikləri risk sahibləri ilə müzakirə etmək;
· Daxili Audit tapıntılarının risk dərəcəsini və tədbirlər planlarının adekvatlığını qiymətləndirmək və risk rəyi vermək;
· İT/kiber risklərin monetar qiymətləndirilməsi üzrə hesablama meyarlarının, məlumat mənbələrinin, ssenarilərin və fərziyyələrin hazırlanmasında iştirak etmək; əhəmiyyətli risklərin potensial maliyyə təsirini və faktiki itki tendensiyalarını təhlil etmək;
· İT ilə əlaqəli BIA və BCP proseslərinin icrasını koordinasiya etmək, proses kritikliyi, sistem və texnoloji asılılıqlar üzrə qiymətləndirmələrin keyfiyyətini yoxlamaq, BCP ssenarilərini və test planlarını nəzərdən keçirmək, test nəticələrini təhlil etmək və müəyyən edilmiş boşluqlar üzrə tədbirlərin adekvatlığını qiymətləndirmək;
· Sistem əlçatanlığı, downtime və təkrarlanan xidmət pozuntularını risk baxımından təhlil etmək və riskazaldıcı tədbirlərin adekvatlığını qiymətləndirmək;
· CMDB, kritik aktiv təsnifatı, vulnerability və patch-management nəticələrini risk baxımından təhlil etmək; giriş və privileged access ilə bağlı əhəmiyyətli risk istisnalarını, kompensasiyaedici nəzarətləri və istisna müddətlərini qiymətləndirmək və zəruri hallarda məsələləri eskalasiya üçün hazırlamaq;
· İT/kiber risk istisnaları üzrə riskin qəbul ediləbilənliyini, kompensasiyaedici nəzarətləri və istisna müddətini qiymətləndirmək və yekun risk rəyi hazırlamaq;
· RAS, KRI/KPI və RHI göstəricilərini təhlil etmək, yeni göstərici və hədlər üzrə təkliflər hazırlamaq və kənarlaşmaları qiymətləndirmək;
· ISO 27001, NIST və COBIT qiymətləndirmələrində risk domeni üzrə işləri, o cümlədən risklə bağlı məlumat və sübutların hazırlanmasını, mövcud boşluqların təhlilini və tədbirlər planlarının formalaşdırılmasını koordinasiya etmək;
· Aylıq və rüblük risk, insident, downtime, KRI/KPI, SRP və tənzimləyici hesabatların düzgünlüyünü və analitik keyfiyyətini yoxlamaq;
· Risk taksonomiyası, risk reyestri, dashboard, sistem və metodologiyaların inkişafı üzrə təkliflər hazırlamaq;
· İT və kiber risklər üzrə stress-test ssenarilərinin, risk amillərinin, şokların və əsas fərziyyələrin hazırlanmasını koordinasiya etmək, Stress Test komandası ilə birgə qiymətləndirmələrin aparılmasında iştirak etmək, nəticələri İT/kiber riskləri baxımından təhlil etmək və zəruri riskazaldıcı tədbirlər üzrə təkliflər hazırlamaq;
· Komanda əməkdaşlarının hazırladığı risk qiymətləndirmələrini, rəyləri və hesabatları nəzərdən keçirmək və keyfiyyətinin artırılması üçün dəstək göstərmək;
· Bankın daxili qaydalarına əməl etmək, fəaliyyət hədəflərinin icrasını təmin etmək və birbaşa rəhbərin funksional istiqamət üzrə verdiyi digər tapşırıqları yerinə yetirmək və s.
Другие вакансии компании PASHA Bank
Вакансия кассира-операциониста в БакуPASHA Bank, Bakı
Istedadların idarə edilməsi departamentinin istedadların idarə edilməsi və təşkilati inkişaf şöbəsinin təlim qrupunun mütəxəssisi — вакансия в БакуPASHA Bank, Bakı
Вакансия специалиста по комплаенсу в БакуPASHA Bank, Bakı
Вакансия руководителя группы в БакуPASHA Bank, Bakı