Kart və Terminal texnologiyaları departamentinin Kart texnologiyaları şöbəsinin mütəxəssisi
AzericardKart və terminal texnologiyaları departamentinin kart texnologiyaları şöbəsinin mütəxəssisi — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 2 ноября 2026 г.
- Приём заявок до
- 2 декабря 2026 г.
- Категория
- Производство и сельское хозяйство
Вакансии в категории «Производство и сельское хозяйство» в городе Баку
О вакансии
Azericard ищет сотрудника на должность «Kart və Terminal texnologiyaları departamentinin Kart texnologiyaları şöbəsinin mütəxəssisi» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Kart və Terminal texnologiyaları departamentinin Kart texnologiyaları şöbəsinin mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Qəbul olunmuş fayllara və ərizələrə əsasən kartların çapını və personallaşdırılma prosedurlarını aparmaq;
- Təcili tələb olunan plastik kartların hazırlanmasına dair ərizələri qəbul edib vaxtında icra etmək;
- Yeni plastik kartlar layihələri üzrə testləri nümünə üzərində aparmaq və testlərin nəticələrini şirkətin müvafiq əməkdaşlarına göndərmək;
- Şöbənin fəaliyyətində istifadə olunan avadanlığın işlək vəziyyətdə saxlanılmasını və texniki baxışdan keçirilməsini təmin etmək;
- Şöbənin fəaliyyətinə aid olan bütün sənədlərin saxlanılmasını təmin etmək və lazım olduqda şirkətin müvafiq əməkdaşlarına təqdim etmək;
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Plastik kartların hazırlanma sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, rus, ingilis dili bilikləri (texniki bilik);
- Komandada işləmək bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.