SMM və kontent üzrə mütəxəssis
Zeytun PharmaceuticalsВакансия контент-менеджера в Баку
Зарплата: Зарплата не указана
О вакансии
Zeytun Pharmaceuticals ищет контент-менеджера в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifənin məqsədi şirkətin və brendlərinin sosial media kommunikasiyasının və kontent fəaliyyətinin planlı, ardıcıl və keyfiyyətli icrasını təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin və brendlərinin sosial media hesabları üçün aylıq kontent planı hazırlamaq, təsdiqlənmiş plan üzrə paylaşımların vaxtında yayımlanmasını təmin etmək.
- Sosial media postları, karusel, story və qısa videolar üçün ideyalar, mətnlər və ssenarilər hazırlamaq.
- Zeytun və Pharmastore səhifələri üzrə həm biznes tərəfdaşlarına, həm də son istehlakçılara uyğun məzmun hazırlamaq, brendin ünsiyyət üslubunu qorumaq.
- Kampaniyalar, məhsullar, aptek açılışları, tədbirlər və əməkdaşlıqlar barədə kontent hazırlamaq, məlumatları aidiyyəti əməkdaşlarla dəqiqləşdirmək.
- Dizaynerlərə və çəkiliş komandasına aydın tapşırıqlar vermək, foto və video çəkilişlərinin hazırlanmasında və koordinasiyasında iştirak etmək.
- Sayt, mobil tətbiq, SMS və digər kommunikasiya kanalları üçün mətnlər hazırlamaq, onların kampaniya mesajları ilə uyğunluğunu təmin etmək.
- Paylaşımların dil, yazı və məzmun düzgünlüyünü yoxlamaq, məhsul və sağlamlıqla bağlı məlumatları yayımdan əvvəl aidiyyəti mütəxəssislərlə razılaşdırmaq.
- Sosial media şərh və mesajlarını izləmək, təsdiqlənmiş cavablar əsasında kommunikasiya aparmaq, sorğuları aidiyyəti əməkdaşlara yönləndirmək.
- Sosial media trendlərini və rəqiblərin fəaliyyətini izləmək, auditoriyaya uyğun yeni kontent formatları təklif etmək.
- Əhatə, baxış, qarşılıqlı əlaqə və izləyici dinamikasını təhlil etmək, aylıq hesabatlar və kontentin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
- Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarını planlaşdırmaq, qurmaq və idarə etmək, təsdiqlənmiş büdcə çərçivəsində auditoriya seçimi və nəticələrə əsasən optimallaşdırma aparmaq.
- Rəqəmsal marketinq, brend, PR və satış üzrə əməkdaşlarla koordinasiyalı işləmək, reklam kampaniyaları üçün məzmun hazırlanmasına dəstək vermək.
- Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şəraiti
- İş yeri – BEGOC Biznes Mərkəzi (ünvan: Bakı, Zərifə Əliyeva küç., 93).
- Tibbi sığorta və nahar.
- Peşəkar təlim və inkişaf imkanları.
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.
Namizədə tələblər
- Ali təhsil (marketinq, kommunikasiya, jurnalistika, biznesin idarə edilməsi və ya digər müvafiq sahələr üzrə).
- SMM, kontent hazırlanması və ya kopiraytinq sahəsində minimum 2 il iş təcrübəsi.
- Sosial media hesablarının idarə olunması, kontent planlarının və müxtəlif formatlı məzmunun hazırlanması üzrə praktiki təcrübə.
- Azərbaycan dilində səlis və qrammatik cəhətdən düzgün yazmaq, ingilis dilini yaxşı səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür.
- Meta Ads Manager və Meta Business Suite ilə işləmək; Facebook və Instagram reklamlarının qurulması, auditoriya seçimi, büdcənin idarə edilməsi və nəticələrin təhlili üzrə praktiki təcrübə.
- Canva, CapCut və ya oxşar alətlərlə sadə vizual və qısa video hazırlamaq bacarığı üstünlük hesab olunur.
- MS Office və Google Workspace alətləri ilə işləmək, hesabat və təqdimatlar hazırlamaq bacarığı.
- Əczaçılıq, sağlamlıq, kosmetika və ya pərakəndə satış sahəsində kontent təcrübəsi üstünlük hesab olunur.
- Yaradıcı düşüncə, auditoriyaya uyğun mətn yazmaq, planlaşdırma və analitik təhlil bacarıqları.
- Məsuliyyətli, detallara diqqətli və operativ olmaq, komanda ilə işləmək və son tarixlərə riayət etmək.
Vakansiya növü - Tam ştat
Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “SMM və kontent üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Hazırlanmış mətn və sosial media kontentindən nümunələrin əlavə olunması arzuolunandır.