Перейти к содержимому
GoJob

Baş kopirayter

Baku ElectronicsВакансия копирайтера в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
18 сентября 2026 г.
Приём заявок до
15 октября 2026 г.
Категория
Маркетинг

Вакансии в категории «Маркетинг» в городе Баку

О вакансии

Baku Electronics ищет копирайтера в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Vəzifə öhdəlikləri

  • Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması (rebrendinq) proseslərində aktiv iştirak etmək;
  • Neyminq, marka dilini (ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək;
  • 360 dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli sürmək;
  • Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq;
  • Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər yazmaq;
  • Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək;
  • Kopirayter komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə nəzarəti təmin etmək;
  • Departament arasındakı digər əməkdaşlarla sıx əməkdaşlıq etmək;
  • Dizayn, SMM komandalarına, influenser və reklam agentliklərinə düzgün briflər ötürmək;
  • Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək.

Vəzifə tələbləri

  • Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə;
  • Reklam agentliyi təcrübəsi mütləqdir;
  • Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı;
  • Qrammatik biliklər;
  • Kreativlik, analitik düşüncə, diqqətcil olmaq;
  • Operativ və düzgün qərar vermə;
  • Vaxtın və tapşırıqların effektiv idarə edilməsi bacarığı

Dil biliyi:

  • Azərbaycan - Mükəmməl
  • İngilis - Yüksək
  • Rus - Orta

Baku Electronics-də sizi nələr gözləyir?

  • Özəl tibbi sığorta təminatı
  • Yığım həyat sığortası proqramına qoşulma imkanı
  • Push30 platformasında korporativ güzəştlər
  • Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri
  • Peşəkar təlimlər, daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani küç. 3066)
  • İş qrafiki: 5 günlük / Tam iş günü (09:00 – 18:00)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Другие вакансии компании Baku Electronics

Вакансии Baku Electronics