Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Kredit mütəxəssisi təcrübə proqramı (Şəki)

GL ASCВакансия кредитного специалиста в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Частичная занятость
Опубликовано
19 ноября 2026 г.
Просмотры
710
Отклики
37
Приём заявок до
19 декабря 2026 г.

Вакансии в категории «Финансы, банк и страхование» в городе Баку

О вакансии

GL ASC ищет кредитного специалиста в Баку. Частичная занятость. Отклик напрямую работодателю.

Karyeranızı maliyyə sektorunda qurmaq və bu sahədə bilik və bacarıqlarınızı inkişaf etdirmək istəyirsiniz? O zaman bu fürsət sizin üçündür!

GL ASC-nin Şəki şəhərində yerləşən filialı gəncləri əməkhaqqılı təcrübə proqramına dəvət edir!

Proqram çərçivəsində nəzəri və praktiki biliklər əldə edəcək, peşəkar təlimçilərdən satış bacarıqlarını öyrənəcək və real iş mühitində təcrübə qazanacaqsınız.

Qeyd: Təcrübə proqramı 3 ay müddətində davam edəcək. Proqramı uğurla başa vuran namizədlər tam ştatlı əməkdaş kimi işə qəbul olunacaqlar və əməkhaqqı ilə yanaşı bonus əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Təlimlərdə aktiv iştirak etmək;
  • Təlim müddətində əldə olunan bilikləri mənimsəmək və praktikada tətbiq etmək;
  • Təlimçi və mentorlarla qarşılıqlı əməkdaşlıq etmək;
  • Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək.

Namizədə dair tələblər:

  • 18–30 yaş aralığında olmaq;
  • Ali və ya orta ixtisas təhsili üzrə sonuncu kurs tələbəsi olmaq və ya müvafiq təhsili bitirmiş olmaq;
  • Karyerasını maliyyə sektorunda qurmaq istəyi;
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq;
  • Hədəflərlə işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və təqdimetmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı.

İş qrafiki:

  • Part-time (yarımştat);
  • Full-time (tam ştat).

Sizə nə təklif edirik?

  • Peşəkar təlimçilərdən müasir satış metodlarını öyrənmək imkanı;
  • Şəki şəhərindəki filialımızda təcrübə keçmək imkanı;
  • Maliyyə və kreditləşmə sahəsində ilkin biliklərin əldə edilməsi;
  • Lombard məhsulları və xidmətləri haqqında ətraflı məlumat;
  • Təcrübə müddətində əməkhaqqı və bonus;
  • Proqramı uğurla tamamladıqdan sonra daimi iş imkanı.

3 ay ərzində öyrən, təcrübə qazan və karyerana Şəkidə bizimlə başla!

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Əməkhaqqılı Təcrübə Proqramı – Şəki” qeyd etməklə elanda yerləşdirilən “Müraciət et” düyməsi vasitəsilə göndərə bilərlər.

Другие вакансии компании GL ASC

Вакансии GL ASC