Baş Layihə Meneceri (Senior Project Manager)
Sabah Capital Partners MMCВакансия менеджера проектов в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 16 ноября 2026 г.
- Просмотры
- 702
- Отклики
- 45
- Приём заявок до
- 16 декабря 2026 г.
- Категория
- Финансы, банк и страхование
Вакансии в категории «Финансы, банк и страхование» в городе Баку
О вакансии
Sabah Capital Partners MMC ищет менеджера проектов в Баку. Полная занятость. Отклик напрямую работодателю.
İş şəraiti
- İş yeri: Bakı
- Xarici ezamiyyətlər tələb olunur.
- İş qrafiki: 5 günlük iş həftəsi (On-site / Ofis daxili)
Namizədə Dair Tələblər:
- Maliyyə, İqtisadiyyat, İnşaat mühəndisliyi, Daşınmaz əmlak və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (mütləqdir);
- Magistr dərəcəsi (MBA, MFin və ya Daşınmaz Əmlak / Layihələrin İdarə Edilməsi üzrə MSc) üstünlükdür;
- PMP, PRINCE2 və ya ekvivalent layihə idarəetmə sertifikatının olması ciddi üstünlükdür.
- MS Project, Primavera P6 və ya ekvivalent layihə idarəetmə alətlərindən yüksək səviyyədə istifadə bacarığı;
- Excel proqramında maliyyə modelləşdirməsi üzrə güclü biliklər; ERP və ya mühasibatlıq sistemləri ilə tanışlıq;
- Müqavilələri, maliyyə hesabatlarını və texniki sənədləri oxumaq və şərh etmək bacarığı.
Əsas Kompetensiyalar
- Əməliyyat detallarına xüsusi diqqətlə yanaşan strateji düşüncə tərzi;
- Çoxmədəniyyətli komandalarda güclü liderlik və insan resurslarının idarə edilməsi bacarıqları;
- Müstəsna danışıqlar aparmaq və maraqlı tərəfləri (stakeholder) idarə etmək qabiliyyəti;
- Yüksək maliyyə savadlılığı — mənfəət və zərər hesabatına (P&L) və büdcəyə cavabdehlik daşımaq bacarığı;
- Sürətli və yüksək mürəkkəblik dərəcəsinə malik mühitlərdə dözümlülük və adaptasiya qabiliyyəti;
- Həssas maliyyə və müqavilə məlumatları ilə işləyərkən qüsursuz dürüstlük və məxfilik prinsiplərinə sadiqlik.
Dil bilikləri: Azərbaycan dili (Ana dili / Səlis), Rus dili (Ana dili / Səlis), İngilis dili (Peşəkar səviyyədə)
Vəzifənin Məqsədi və Əsas Öhdəlikləri:
- İrimiqyaslı daşınmaz əmlak və maliyyə layihələrinin zaman qrafikini, əsas mərhələlərini və resurslarını planlaşdırmaqla başdan-ayağa icrasına cavabdeh olmaq;
- Hərtərəfli layihə planları, risk reyestrləri və status panelləri (dashboard) hazırlamaq, rəhbər komitələrə sədrlik etmək və ali rəhbərlik üçün hesabatlar təqdim etmək;
- Hüquq, maliyyə, tikinti, memarlıq komandaları və xarici məsləhətçilər də daxil olmaqla funksiyalararası komandaları koordinasiya edərək eyni vaxtda bir neçə layihəni idarə etmək;
- CAPEX, OPEX və ehtiyat planlaması daxil olmaqla layihə büdcələrini formalaşdırmaq, maliyyə göstəricilərini izləmək və kənarlaşmalar üzrə düzəldici tədbirlər görmək;
- Satınalma qərarlarını, müqavilələri və podratçı hesab-fakturalarını təsdiqləmək;
- Pul vəsaitlərinin hərəkətinin (cash flow) proqnozlaşdırılması, maliyyələşmə tranşları və hesabatlılıq üzrə CFO və maliyyə komandası ilə əməkdaşlıq etmək;
- Yeni layihə təklifləri üçün maliyyə səmərəliliyi (feasibility) və investisiya gəlirliliyi (ROI) təhlilləri aparmaq;
- Rus və ingilisdilli tərəfdaşlar, investorlar, podratçılar və dövlət qurumları ilə əsas əlaqələndirici şəxs kimi çıxış etmək, müqavilələr üzrə danışıqlar aparmaq və təşkilatı beynəlxalq görüşlərdə və sahə baxışlarında təmsil etmək;
- Əmlakın alqı-satqısı və inkişaf (development) layihələri üzrə due diligence proseslərinə nəzarət etmək, keyfiyyət və qrafikə uyğunluğu təmin etmək;
- Bazar şəraitini izləyərək investisiya strategiyası və portfelin idarə edilməsi üzrə təkliflər vermək.
İş Təcrübəsi
- Layihələrin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi (ən azı 3 ili daşınmaz əmlak və ya maliyyə layihələrində olmaqla);
- Büdcəsi 10 milyon ABŞ dollarından çox olan layihələrin uğurla idarə edilməsi üzrə təsdiqlənmiş təcrübə;
- Beynəlxalq və ya transsərhəd layihə mühitlərində iş təcrübəsi;
- İnstitusional investorlar, daşınmaz əmlak şirkətləri (developerlər) və ya maliyyə qurumları ilə və ya onların tərkibində iş təcrübəsi
Sizi nə gözləyir?
- Yüksək dəyərli beynəlxalq layihələrə birbaşa rəhbərlik;
- Rəqabətqabiliyyətli gəlir və bonus sistemi;
- Xarici ezamiyyətlər və qlobal bazarlarda təcrübə;
- Ali idarəetmə səviyyəsinə yüksəliş imkanı.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində Baş Layihə Meneceri (Senior Project Manager) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.