Перейти к содержимому
GoJob

Marketinq Meneceri

Zəhmət Ruzi MMC (SAB)Вакансия менеджера по маркетингу в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Волонтёрство
Опубликовано
12 ноября 2026 г.
Приём заявок до
12 декабря 2026 г.
Категория
Маркетинг и PR

Вакансии в категории «Маркетинг и PR» в городе Баку

О вакансии

Zəhmət Ruzi MMC (SAB) ищет менеджера по маркетингу в Баку. Волонтёрство. Отклик напрямую работодателю.

Şirkətimizin marketinq fəaliyyətinin strateji və operativ idarə edilməsini, brend mövqeyinin gücləndirilməsini və satış hədəflərinə nail olunmasını təmin etmək məqsədilə peşəkar Marketinq Meneceri axtarırıq.

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasının təmin edilməsi;
  • Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlil edilməsi, bazar tendensiyalarının izlənilməsi;
  • Brend strategiyasının formalaşdırılması, brendin mövqeləndirilməsi və tanınmasının artırılması;
  • Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
  • Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;
  • Sosial media platformalarının, rəqəmsal reklam kanallarının və reklam kampaniyalarının idarə edilməsi;
  • Reklam, foto və video materiallarının hazırlanması prosesinin təşkili və koordinasiyası;
  • Məhsulların təşviqi məqsədilə reklam, PR və tanıtım tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
  • Satış komandası ilə koordinasiyalı fəaliyyət göstərərək satış həcminin və bazar payının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
  • Marketinq büdcəsinin hazırlanması, xərclərin optimallaşdırılması və büdcəyə nəzarətin təmin edilməsi;
  • Marketinq fəaliyyətlərinin effektivliyinin müvafiq göstəricilər əsasında qiymətləndirilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
  • FMCG və ya qida istehsalı sektorunda iş təcrübəsi üstünlükdür;
  • Marketinq strategiyalarının hazırlanması və praktiki icrası üzrə təcrübə;
  • Brend idarəçiliyi, məhsul marketinqi və bazar araşdırmaları üzrə biliklər;
  • Rəqəmsal marketinq, SMM və onlayn reklam platformaları üzrə praktiki biliklər;
  • Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili bacarığı;
  • Analitik düşünmə, strateji planlaşdırma və problem həll etmə bacarığı;
  • Yüksək kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
  • Komanda ilə işləmək və iş proseslərini koordinasiya etmək bacarığı.

Biz nə təklif edirik?

  • Könüllü tibbi sığorta paketi;
  • Nahar təminatı;
  • Korporativ mobil nömrə;
  • Yanacaq xərclərinin qarşılanması;
  • Rəqabətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən, müsahibə zamanı razılaşdırılır). 

İş şəraiti:

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Другие вакансии компании Zəhmət Ruzi MMC (SAB)

Вакансии Zəhmət Ruzi MMC (SAB)