Перейти к содержимому
GoJob

Maya Dəyərinin Hesablanması və Reseptura üzrə Mütəxəssis

OBA marketlər şəbəkəsiMaya dəyərinin hesablanması və reseptura üzrə mütəxəssis — вакансия в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı, Xətai
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
7 октября 2026 г.
Приём заявок до
6 ноября 2026 г.

Вакансии в категории «Промышленность и сельское хозяйство» в городе Баку

О вакансии

OBA marketlər şəbəkəsi ищет сотрудника на должность «Maya Dəyərinin Hesablanması və Reseptura üzrə Mütəxəssis» в Баку (район Хатаи). Полная занятость. Отклик напрямую работодателю.

Təsvir

  • Məhsul resepturalarının hazırlanmasını, sistemə daxil edilməsini və mütəmadi yenilənməsini həyata keçirmək;
  • Resepturalarda istifadə olunan xammal və inqrediyentlər üzrə sərfiyyat normalarını müəyyənləşdirmək və sistemdə düzgün əks etdirilməsini təmin etmək;
  • Məhsulların maya dəyərinin hesablanmasını həyata keçirmək və xammal qiymətlərindəki dəyişikliklərə uyğun olaraq müvafiq yenilənmələri aparmaq;
  • İstehsalat, anbar və satış məlumatlarının qarşılıqlı uyğunluğunu yoxlamaq və aşkar edilmiş uyğunsuzluqları araşdırmaq;
  • Mal qəbulu, silinmə, transfer və digər mal-material əməliyyatlarının ERP sistemi üzərindən düzgün uçotunu və izlənilməsini təmin etmək;
  • İnventarizasiya proseslərində iştirak etmək, faktiki və sistem qalıqları arasındakı fərqləri təhlil etmək və səbəblərini araşdırmaq;
  • Xammal və materialların qiymət dəyişikliklərinin məhsulların maya dəyərinə təsirini təhlil etmək və resepturalarda müvafiq dəyişiklikləri həyata keçirmək;
  • İstehsalat, maya dəyəri və maliyyə göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək göstərmək;
  • ERP və mühasibat uçotu sistemlərində məlumatların düzgün, tam və aktual şəkildə əks etdirilməsinə nəzarət etmək;
  • Sistem məlumatları ilə faktiki istehsalat və anbar göstəricilərinin uyğunluğunu mütəmadi olaraq yoxlamaq.

Tələblər

  • Ali təhsil – Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, İstehsalatın təşkili və ya əlaqəli sahələr üzrə;
  • İstehsalat uçotu, maya dəyərinin hesablanması, anbar uçotu və ya maliyyə sahəsində iş təcrübəsi;
  • Məhsul resepturaları və xammal sərfiyyatı üzrə əsas anlayışların olması;
  • ERP və ya mühasibat uçotu proqramları ilə işləmə bacarığı;
  • Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;
  • Xammal və materialların qiymət dəyişikliklərinin maya dəyərinə təsirini təhlil etmək bacarığı;
  • Anbar, istehsalat və satış məlumatlarının müqayisəsi və uyğunsuzluqların müəyyənləşdirilməsi bacarığı;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
  • Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Другие вакансии компании OBA marketlər şəbəkəsi

Вакансии OBA marketlər şəbəkəsi