Məhkəmə Qaydasında Borcların Tutulması üzrə Mütəxəssis
NBCO KredAqroMəhkəmə qaydasında borcların tutulması üzrə mütəxəssis — вакансия в Баку
Зарплата: Зарплата не указана
О вакансии
NBCO KredAqro ищет сотрудника на должность «Məhkəmə Qaydasında Borcların Tutulması üzrə Mütəxəssis» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri
- Notariat orqanları ilə əməkdaşlıq və kommunikasiya: Notariat kontorları ilə işgüzar münasibətlərin qurulması və davamlı saxlanılması, o cümlədən elektron sənəd dövriyyəsinin təşkili.
- Notariat orqanları ilə əməkdaşlıq və kommunikasiya: Notariat kontorları ilə işgüzar münasibətlərin qurulması və davamlı saxlanılması, o cümlədən elektron sənəd dövriyyəsinin təmin edilməsi.
- Qanunvericiliyə uyğunluğa nəzarət: Borc məbləğlərinin düzgün hesablanmasının, borclunun qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılmasının və müəyyən edilmiş müddətlərə riayət olunmasının yoxlanılması.
- İcra üçün təqdimetmə: Notariusun icra qeydi əsasında rəsmiləşdirilmiş icra sənədlərinin borcun tutulması məqsədilə operativ şəkildə icraya yönləndirilməsi.
- İddia işlərinə nəzarət Ümumi yurisdiksiyalı məhkəmələrə və arbitraj məhkəmələrinə təqdim edilmək üçün iddia ərizələrinin, məhkəmə əmri çıxarılması barədə ərizələrin, borc məbləğlərinin hesablamalarının, dövlət rüsumlarına dair hesablamaların və müvafiq sənəd paketlərinin hazırlanması.
- Məhkəmələrdə nümayəndəlik: Əməkdaşların məhkəmə iclaslarında iştirakının təmin edilməsi, etirazların, izahatların və vəsatətlərin hazırlanma keyfiyyətinə nəzarət edilməsi. Mürəkkəb və ya xüsusi əhəmiyyət kəsb edən məhkəmə işlərində şəxsən iştirak edilməsi.
- İcra icraatı: İcra sənədlərinin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə icraya təqdim edilməsi və icra orqanları ilə qarşılıqlı əməkdaşlığın təmin olunması.
Tələblər
- Prosessual hüquq və notariat qanunvericiliyi üzrə dərin biliklər.
- Məhkəmə qərarlarının icrasını həyata keçirən dövlət orqanları, məhkəmə orqanları və notariat orqanları ilə uğurlu əməkdaşlıq təcrübəsi.
- Danışıqlar aparmaq bacarığı.
- Eyni vaxtda bir neçə tapşırığı yerinə yetirmək, diqqətli olmaq və böyük həcmdə məlumatlarla işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.