Mexanizasiya şöbəsinin rəhbəri
Grand-Agro MMCMexanizasiya şöbəsinin rəhbəri — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Волонтёрство
- Опубликовано
- 17 ноября 2026 г.
- Просмотры
- 636
- Отклики
- 52
- Приём заявок до
- 17 декабря 2026 г.
- Категория
- Производство и сельское хозяйство
Вакансии в категории «Производство и сельское хозяйство» в городе Баку
О вакансии
Grand-Agro MMC ищет сотрудника на должность «Mexanizasiya şöbəsinin rəhbəri» в Баку. Волонтёрство. Отклик напрямую работодателю.
Təsvir
- Kənd təsərrüfatı texnikası parkının idarə olunmasını və səmərəli istifadəsini təmin etmək;
- İllik və mövsümi mexanikləşdirmə planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Traktor, aqreqat və məhsul yığımı texnikalarının texniki xidmət və təmir proseslərini təşkil etmək;
- Texnikaların mövsüm öncəsi hazırlığını və mövsümsonu saxlanılmasını təmin etmək;
- Texnikaların mühərrik saatları, istifadə əmsalı və texniki vəziyyətinə nəzarət etmək;
- Ehtiyat hissələrinin tələbatını, uçotunu və ehtiyat səviyyələrini idarə etmək;
- Təmir mərkəzlərinin və texniki xidmət sahələrinin fəaliyyətini koordinasiya etmək;
- Mexanikləşdirmə üzrə büdcənin hazırlanmasını və xərclərə nəzarəti təmin etmək;
- Texnikaların məhsuldarlıq, istismar və təmir göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq;
- Mexaniklər, texniklər və operatorlardan ibarət komandanı idarə etmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- Aidiyyəti struktur bölmələr və təchizatçılarla koordinasiyanı təmin etmək.
Tələblər
- Kənd təsərrüfatının mexanikləşdirilməsi, mexanika mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
- Sahə üzrə minimum 10 il iş təcrübəsi;
- Microsoft Excel və rəqəmsal hesabatlılıq üzrə biliklər;
- Azərbaycan dili biliyi, İngilis və ya Rus dili biliyi üstünlükdür;
- ERP proqramlarda işləmə bacarığı (1C)
- Kənd təsərrüfatı texnikası parkının və texniki xidmət proseslərinin idarə edilməsi üzrə təcrübə;
- Traktorlar, kənd təsərrüfatı aqreqatları və məhsul yığımı texnikaları üzrə praktiki biliklər;
- Profilaktik texniki xidmət, təmir və ehtiyat hissələrinin idarə edilməsi üzrə təcrübə;
- Komandanın idarə edilməsi və iş proseslərinin təşkili bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
- Yanacaq dəstəyi
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.