Motion dizayner
KristalВакансия моушн-дизайнера в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı, Nəsimi
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 19 октября 2026 г.
- Приём заявок до
- 18 ноября 2026 г.
- Категория
- Дизайн и творчество
О вакансии
Kristal ищет моушн-дизайнера в Баку (район Насими). Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- Şirkətin reklam kampaniyaları (TVC) və sosial media platformaları üçün kreativ motion qrafikaların hazırlanması;
- Reklam çarxları, promo videolar, teaserlər və digər rəqəmsal kontentlərin hissələrinin hazırlanması və montajı;
- Video materialların montajı, rəng korreksiyası və səs effektləri ilə işlənməsi;
- Kreativ komanda ilə birlikdə reklam ideyalarının vizual həllərinin hazırlanması;
- Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;
- Hazırlanan materialların müxtəlif rəqəmsal platformaların texniki tələblərinə uyğun adaptasiyası;
- Paralel layihələrin idarə olunması və tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsi.
Tələblər:
- Motion dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
- Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;
- Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
- Motion qrafika, kompozisiya, tipoqrafika və animasiya prinsipləri haqqında bilik;
- Video montaj, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) bacarığı;
- Sosial media formatları və rəqəmsal reklam kontentlərinin xüsusiyyətləri haqqında bilik;
- Kreativ düşüncə və verilən brif əsasında müstəqil vizual həllər hazırlamaq bacarığı;
- Detallara diqqət, məsuliyyət və komanda ilə işləmək bacarığı;
- Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;
- Tələb olunanlara uyğun portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi.
Üstünlük hesab olunur:
- 3D motion qrafika və vizual effektlər üzrə təcrübə;
- Reklam agentliyi sektorunda iş təcrübəsi.
Qeyd: Portfolio təqdim edilməsi mütləqdir.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları e-mail vasitəsilə mövzu yerinə “Motion dizayner” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.