Qaynaq istiqaməti üzrə ixtisas fənn müəllimi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil MərkəziВакансия учителя в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 4 ноября 2026 г.
- Приём заявок до
- 4 декабря 2026 г.
- Категория
- Образование
О вакансии
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ищет учителя в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Qaynaq istiqaməti üzrə ixtisas fənn müəllimi vəzifəsi üzrə vakansiya elan edir.
İxtisas: 030514 – Sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı
Əsas vəzifə öhdəlikləri
- İxtisas üzrə nəzəri və praktiki dərslərin tədrisini həyata keçirmək;
- Təhsilalanlara sənaye avadanlıqlarının quraşdırılması, istismarı, texniki xidməti və təmiri üzrə peşə bacarıqları aşılamaq;
- Qaynaq, metal konstruksiyaların yığılması və montaj işləri üzrə praktiki məşğələlər təşkil etmək;
- Tədris prosesində müasir sənaye texnologiyalarından və avadanlıqlarından istifadə etmək;
- Təhsilalanların bilik və praktiki bacarıqlarını qiymətləndirmək;
- Tədris emalatxanalarında avadanlıqların düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək.
Namizədə qoyulan tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Sənaye avadanlıqlarının quraşdırılması, montajı və texniki istismarı üzrə bilik və praktiki bacarıqlar;
- Qaynaq avadanlıqlarının quraşdırılması və istismarı üzrə təcrübə;
- Müxtəlif qaynaq üsullarını (SMAW, CO₂/MIG-MAG, GTAW/TIG) praktik tətbiq etmək bacarığı;
- Metal konstruksiyaların yığılması və qaynaq işlərinin aparılması üzrə təcrübə;
- Boru sistemlərinin quraşdırılması, birləşdirilməsi və təmiri üzrə bilik və bacarıqlar;
- Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət üsullarını bilmək;
- CAD proqramlarında texniki və montaj çertyojları hazırlamaq və oxumaq bacarığı;
- Sənaye avadanlıqlarına texniki xidmət və təmir işlərinin aparılması üzrə biliklər;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarını bilmək.
Maraqlanan namizədlər mövzu hissəsində “Qaynaq” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.