Aparıcı Mühasib
Concept Consulting and ManagementВакансия бухгалтера в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 5 октября 2026 г.
- Категория
- Бухгалтерия и аудит
О вакансии
Concept Consulting and Management ищет бухгалтера в Баку. Полная занятость, работа в офисе. В вакансии 15 обязанностей и 12 требований; отклик — по электронной почте, напрямую работодателю.
Concept Consulting and Management MMC restoran və catering sahəsində həyata keçirdiyi layihələrin genişlənməsi ilə əlaqədar mühasibatlıq şöbəsini gücləndirir.
Biz sadəcə gündəlik mühasibat əməliyyatlarını icra edən əməkdaş axtarmırıq; biz mühasibat uçotunun bütün əsas sahələrini bilən, rəqəmlərin arxasındakı maliyyə məntiqini anlayan, problemləri özü müəyyən edən və həll yolları təklif edən, məsuliyyət götürməkdən çəkinməyən güclü mütəxəssis axtarırıq.
Bu vəzifəyə seçiləcək şəxs şirkətin mühasibatlıq proseslərinin inkişafında aktiv iştirak edəcək və perspektivdə Baş mühasib vəzifəsini tam şəkildə üzərinə götürmək üçün hazırlanacaq.
Условия работы
- İş yeri: Bakı, 8 Noyabr pr. 23
- İş rejimi: Tam iş günü
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Müraciət üçün mövzu hissəsində “Aparıcı Mühasib” qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Требования
- Aparıcı mühasib vəzifəsində minimum 2–3 il iş təcrübəsi;
- Ümumi mühasibatlıq sahəsində 5+ il peşəkar təcrübə;
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Vergi və əmək qanunvericiliyi üzrə yaxşı bilik;
- IIKO proqramında işləmək bacarığı arzuolunandır;
- MS Excel üzrə yaxşı bilik;
- Mühasibat uçotunun bütün əsas sahələrini müstəqil şəkildə idarə edə bilmək bacarığı;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə;
- Analitik düşüncə və yüksək məsuliyyət hissi;
- Rəqəmlərlə dəqiq və sistemli işləmə bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət daşımaq qabiliyyəti;
- Baş mühasib vəzifəsinə keçid üçün peşəkar potensiala malik olmaq.
Обязанности
- Mühasibat uçotunun bütün əsas istiqamətlərinin düzgün və tam aparılmasını təmin etmək;
- Kassa, bank, satış, alış, debitor və kreditor əməliyyatlarını idarə etmək və nəzarətdə saxlamaq;
- Təchizatçılar və digər qarşı tərəflərlə hesablaşmaları və üzləşdirmələri aparmaq;
- Anbar və mal-material uçotunun mühasibat məlumatları ilə uyğunluğunu təmin etmək;
- Restoran və catering fəaliyyətinə xas satış, alış, anbar, istehsal və digər əməliyyatların uçotunu koordinasiya etmək;
- Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək;
- Vergi, DSMF və digər məcburi hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
- Mühasibat sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Debitor və kreditor borcların vəziyyətini təhlil etmək;
- Maliyyə göstəricilərini rəhbərliyə düzgün və vaxtında təqdim etmək;
- Mühasibatlıq proseslərində səhvləri və maliyyə risklərini əvvəlcədən müəyyən etmək;
- Mövcud proseslərin təkmilləşdirilməsi və daha effektiv uçot sisteminin qurulması üzrə təkliflər vermək, süni intellektin bu sahədə tətbiqində maraqlı olmaq
- Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiyasında iştirak etmək;
- Şirkətin böyüməsi ilə paralel olaraq mühasibatlıq strukturunun inkişafına töhfə vermək.