Mühasib
NimpexВакансия бухгалтера в Баку
Зарплата: от 1 000 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 22 октября 2026 г.
- Приём заявок до
- 21 ноября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
Nimpex ищет бухгалтера в Баку. Полная занятость, зарплата 1 000 AZN. Отклик напрямую работодателю.
Şirkətimizə mühasibatlıq və maliyyə əməliyyatlarının aparılması, sənədləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübəli xanım mühasib axtarılır.
Vəzifə öhdəlikləri
- 1C mühasibatlıq proqramında mühasibat əməliyyatlarının aparılması;
- Alış və satış əməliyyatlarının, mal və materialların hərəkətinin mühasibat uçotunda əks etdirilməsi;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların, müqavilələrin, təhvil-təslim aktlarının və digər ilkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
- Anbar uçotunun aparılması və malların maya dəyərinin hesablanması;
- Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və kassa əməliyyatlarının uçotunun aparılması;
- Yerli və xarici təchizatçılarla hesablaşmaların izlənilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlərlə bağlı sənədlərin hazırlanmasında iştirak etmək;
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanması;
- Debitor və kreditor borclarının izlənilməsi və üzləşmə aktlarının hazırlanması;
- Mühasibat sənədlərinin düzgünlüyünə, tamlığına və vaxtında rəsmiləşdirilməsinə nəzarət etmək;
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və müvafiq qaydada saxlanılması.
Namizədə tələblər
- Xanım namizəd
- Mühasibatlıq və maliyyə sahəsində müvafiq təhsil və iş təcrübəsi;
- 1C mühasibatlıq proqramı üzrə praktiki biliklər;
- Elektron qaimə-faktura, hesab-faktura, müqavilə və digər mühasibat sənədlərinin hazırlanması üzrə təcrübə;
- Vergi qanunvericiliyi və mühasibat uçotu qaydaları barədə biliklər;
- Bank əməliyyatları, təchizatçılarla hesablaşmalar və anbar uçotu üzrə biliklər;
- MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək və iş prosesini müstəqil təşkil etmək bacarığı.
Əmək haqqı: 1000 Azn net
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Mühasib" qeyd olunmalıdır.