Mühasib
Kaspi Project Construction MMCВакансия бухгалтера в Баку
Зарплата: от 2 000 ₼ / мес.
Средняя по рынку: 1 100 AZN
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 24 ноября 2026 г.
- Просмотры
- 645
- Отклики
- 43
- Приём заявок до
- 24 декабря 2026 г.
- Категория
- Бухгалтерия и аудит
О вакансии
Kaspi Project Construction MMC ищет бухгалтера в Баку. Полная занятость, работа в офисе, зарплата 2 000 AZN. В вакансии 40 обязанностей; отклик — по электронной почте, напрямую работодателю.
Tikinti sahəsində fəaliyyət göstərən "KASPİ PROJECT CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti mühasibat və maliyyə uçotunun aparılması, vergi hesabatlarının hazırlanması və daxili maliyyə hesabatlılığının təmin edilməsi üçün təcrübəli Mühasib vəzifəsinə əməkdaş axtarır.
Условия работы
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: Tam iş günü;
- İş qrafiki: Həftədə 5 iş günü;
- Əməkhaqqı: 2000 Azn;
- Əmək müqaviləsi rəsmi qaydada bağlanılır.
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır.
Обязанности
Mühasibat və vergi uçotu
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması;
- Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər müvafiq hesabatlar) hazırlanması və elektron qaydada təqdim edilməsi;
- DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergi öhdəliklərinin, vergi borclarının və ödəniş müddətlərinin izlənilməsi;
- Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının, təhvil-təslim aktlarının və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
- Bank əməliyyatlarının, kassa və pul vəsaitlərinin hərəkətinin uçotunun aparılması;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər əmək ödənişlərinin hesablanması;
- ƏMAS sistemində müvafiq əməliyyatların aparılması.
Tikinti layihələri üzrə mühasibat uçotu
- Hər bir tikinti obyekti və layihə üzrə gəlir və xərclərin ayrıca uçotunun aparılması;
- Tikinti materiallarının, avadanlıqların və digər mal-material ehtiyatlarının mədaxil və məxaricinə nəzarət edilməsi;
- Obyektlər üzrə material sərfiyyatının və faktiki xərclərin uçotunun aparılması;
- Podratçı və subpodratçı təşkilatlarla hesablaşmaların, müqavilə öhdəliklərinin və ödənişlərin izlənilməsi;
- Görülmüş işlər üzrə təhvil-təslim aktlarının, hesablaşma sənədlərinin və elektron qaimələrin yoxlanılması;
- Təchizatçılar və podratçılar üzrə debitor və kreditor borclarının uçotunun aparılması;
- Anbar qalıqlarının uçot məlumatları ilə üzləşdirilməsi və inventarizasiya prosesində iştirak;
- Tikinti layihələri üzrə büdcə xərcləri ilə faktiki xərclərin müqayisəsinin aparılması.
Daxili maliyyə hesabatlılığı
- Rəhbərlik üçün gündəlik, aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması;
- Şirkətin gəlir və xərcləri, pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti barədə hesabatların təqdim edilməsi;
- Hər bir tikinti obyekti üzrə çəkilmiş xərclərin, əldə edilmiş gəlirlərin və mənfəətliliyin hesablanması;
- Planlaşdırılmış və faktiki xərclərin müqayisəli təhlilinin aparılması;
- Obyektlər üzrə material, əməkhaqqı, texnika, nəqliyyat və digər xərclərin sistemləşdirilməsi;
- Rəhbərliyin qərar qəbul etməsi üçün tələb olunan maliyyə məlumatlarının hazırlanması;
- Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və arxivləşdirilməsi.
Namizədə dair tələblər
- Maliyyə, Mühasibat uçotu və audit və ya İqtisadiyyat ixtisasları üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti sektorunda mühasib kimi iş təcrübəsinin olması;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu ilə bağlı qanunvericiliyi yaxşı bilmək;
- Vergi və digər məcburi dövlət hesabatlarını müstəqil hazırlamaq və təqdim etmək bacarığı;
- Tikinti sahəsində layihə və obyektlər üzrə gəlir-xərc uçotunun aparılması üzrə praktiki biliklər;
- Podratçı və subpodratçılarla hesablaşmaların, mal-material uçotunun və ilkin sənədləşmənin aparılması üzrə təcrübə;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı*;
- Elektron vergi kabineti, ƏMAS və digər müvafiq elektron sistemlərdə işləmək bacarığı;
- Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və işlərin vaxtında icrası bacarığı;
- Müstəqil işləmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək bacarığı.
Əlavə üstünlüklər
- Tikinti şirkətlərində tam mühasibat uçotunun aparılması təcrübəsi;
- Bir neçə tikinti layihəsi üzrə paralel maliyyə uçotunun aparılması təcrübəsi;
- Smeta, iş həcmləri, Forma 2 və Forma 3 sənədləri ilə işləmək barədə biliklər;
- PMS sertifikatının olması;
- Maliyyə hesabatlarının təhlili və vergi risklərinin müəyyən edilməsi bacarığı.
Похожие вакансии
- Вакансия бухгалтера в БакуLOGİBRA CONSULTİNG MMC, Bakı
- Вакансия бухгалтера в БакуVelora Consulting, Bakı
Вакансия бухгалтера в БакуUTB, Bakı
Вакансия бухгалтера в БакуAzmaş Lizinq MMC, Bakı
Вакансия бухгалтера в БакуAzmaş Lizinq MMC, Bakı
Вакансия бухгалтера в БакуPaychi Group, Bakı, Səbail- Вакансия бухгалтера в БакуSoluna MMc, Bakı
О компании Kaspi Project Construction MMC
- Открытых вакансий
- 1
- Главный город
- Баку
Кого ищет
- бухгалтер
Вакансии Kaspi Project Construction MMC: сейчас на GoJob открыта только эта вакансия. Все вакансии Kaspi Project Construction MMC собраны на странице компании.
Все вакансии Kaspi Project Construction MMC (1)Вопросы о вакансии «Mühasib»
Какие условия предлагает Kaspi Project Construction MMC?
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: Tam iş günü;
- İş qrafiki: Həftədə 5 iş günü;
Чем предстоит заниматься на этой должности?
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması;
- Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər müvafiq hesabatlar) hazırlanması və elektron qaydada təqdim edilməsi;
- DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
Какая зарплата?
от 2 000 ₼ / мес.. Средняя зарплата бухгалтера в Баку на GoJob — 1 100 AZN (79 вакансий за 3 месяца). Здесь предлагают 2 000 AZN — на 82% выше средней.
Какой график работы?
Занятость: Полная занятость.
Можно ли работать удалённо?
Нет, работа в офисе.
Где находится работа?
Bakı.
Как откликнуться?
Нажмите «Откликнуться»: откроется почта компании, отправьте туда своё резюме.