Baş Mühasib (Tikinti sektoru)
EGAВакансия бухгалтера в Баку
Зарплата: от 2 000 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 29 сентября 2026 г.
- Приём заявок до
- 29 октября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
EGA ищет бухгалтера в Баку. Полная занятость, зарплата 2 000 AZN. Отклик напрямую работодателю.
Portfelimizdə olan tikinti sahəsində fəaliyyət göstərən şirkətlərdən biri üçün təcrübəli Baş Mühasib axtarırıq.
Əsas vəzifələr:
- Tikinti layihələri üzrə maliyyə və mühasibat uçotunun təşkili və tam nəzarətdə saxlanılması
- Gəlir və xərclərin düzgün uçotunun aparılması, smeta və büdcələrin hazırlanması və icrasına nəzarət
- Podratçı və subpodratçılarla maliyyə hesablaşmalarının idarə olunması
- Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların vaxtında və düzgün təqdim edilməsi
- Tikinti materialları və əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti
- Bank əməliyyatlarının idarə olunması, ödəniş tapşırıqlarının hazırlanması və pul vəsaitlərinin effektiv idarə edilməsi
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili
- Audit yoxlamalarına hazırlıq və audit prosesində aktiv iştirak
- Mühasibat komandasının idarə olunması, iş bölgüsünün təşkili və proseslərin optimallaşdırılması
- Mühasibat uçotu və vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Tikinti sektorunda Baş Mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi
- 1C, Excel və digər mühasibat proqramlarında yüksək səviyyədə bilik
- Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini dərindən bilmə
- Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyətlilik
- Komanda idarəetmə və liderlik bacarıqları
Təklif edirik:
- Əmək haqqı - 2 000 Azn NET
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.