Baş mühasib
Himalay GroupВакансия бухгалтера в Баку
Зарплата: от 2 000 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 7 октября 2026 г.
- Приём заявок до
- 9 ноября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
Himalay Group ищет бухгалтера в Баку. Полная занятость, зарплата 2 000 AZN. Отклик напрямую работодателю.
HİMALAY GROUP logistika və texnika xidmətləri istiqamətində mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edəcək təcrübəli Baş mühasib axtarır.
Vəzifə öhdəlikləri
- Mühasibat uçotunu qanunvericiliyə uyğun təşkil etmək, maliyyə əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
- Əməkhaqqı və digər ödənişlərin hesablanmasına nəzarət etmək;
- Debitor və kreditor borclarının uçotunu və üzləşmələrini aparmaq, borcların yaşlandırılması üzrə hesabatları təhlil etmək;
- ƏDV, mənfəət vergisi, ÖMV, DSMF və digər məcburi hesabatları düzgün və vaxtında hazırlayıb təqdim etmək;
- Vergi orqanları ilə yazışmaları aparmaq, uyğunsuzluqlarla bağlı sorğuları araşdırmaq və cavablandırmaq;
- Rəhbərliyə aylıq mənfəət və zərər, maliyyə vəziyyəti hesabatlarını, həmçinin həftəlik pul vəsaitlərinin hərəkəti barədə məlumatı təqdim etmək;
- Gəlirlərin, o cümlədən Forma 2 ilə təsdiqlənən iş və xidmətlər üzrə gəlirlərin düzgün dövrdə tanınmasına nəzarət etmək;
- Texnikalar üzrə xərclərin düzgün bölüşdürülməsini və uçotda əks etdirilməsini təmin etmək;
- Ana şirkət, qrupdaxili şirkətlər və kənar tərəflərlə qarşılıqlı hesablaşmalara nəzarət etmək;
- Xərclərin optimallaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq, rəhbərliyə təkliflər vermək.
Namizədə tələblər
- Aparıcı mühasib və ya baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Logistika və texnika xidmətləri sahəsində mühasibatlıq təcrübəsi;
- Peşəkar Mühasib Sertifikatı (PMS);
- Vergi uçotu, audit və maliyyə riskləri üzrə biliklər;
- Excel üzrə yüksək səviyyədə bilik və 1C 8.3 proqramında işləmək bacarığı;
- Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət;
- Rus dili biliyi və data analitikası üzrə biliklər üstünlükdür.
İş şərtləri
- 2 000 AZN-dən başlayan əməkhaqqı;
- Şirkətə məxsus ERP proqramında işləmək üçün təlim.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.