Перейти к содержимому
GoJob

Nəzarətçi

GFC MMCВакансия контролёра в Баку

Зарплата: от 660 ₼ / мес.

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
15 октября 2026 г.
Приём заявок до
14 ноября 2026 г.

Вакансии в категории «Производство и сельское хозяйство» в городе Баку

О вакансии

GFC MMC ищет контролёра в Баку. Полная занятость, зарплата 660 AZN. Отклик напрямую работодателю.

İşəgötürən: “GFC” MMC – KFC restoranlar şəbəkəsi 

Namizədə aid tələblər:

  • Orta ixtisas və ya ali təhsilli olması;
  • Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan dili bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik; 
  • Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
  • Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;
  • Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;
  • AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:

  • Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
  • Restorana daxil olan və çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək;
  • Restoran ərazisində quraşdırılmış videomüşahidə kameralarının, siqnalizasiya və digər təhlükəsizlik sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək;
  • Restoranda yerləşən əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin etmək;
  • Şübhəli halları vaxtında aşkar edərək rəhbərliyi məlumatlandırmaq;
  • Aşkar edilmiş pozuntular, qüsurlar və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
  • Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
  • Zərurət yarandıqda qaydaları pozan və ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, ehtiyac olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək;
  • Fövqəladə hallar (yanğın, qəza və digər) zamanı restoran ərazisində olan insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi məlumatlandırmaq və zərurət olduqda müvafiq operativ xidmətləri çağırmaq;
  • Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
  • Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: Gecə növbəsi,növbəli;
  • Əmək haqqı - 660 Azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarətçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Другие вакансии компании GFC MMC

Вакансии GFC MMC