Proqram təminatının hazırlanması üzrə baş mütəxəssis (Senior Fullstack Developer)
Bakinity Distribution MMCProqram təminatının hazırlanması üzrə mütəxəssis — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 29 октября 2026 г.
- Приём заявок до
- 28 ноября 2026 г.
- Категория
- Информационные технологии
Вакансии в категории «Информационные технологии» в городе Баку
О вакансии
Bakinity Distribution MMC ищет сотрудника на должность «Proqram təminatının hazırlanması üzrə mütəxəssis» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
İşin təsviri
- Layihənin biznes tələblərinə uyğun təhlilini, layihələndirilməsini, hazırlanmasını, test edilməsini və istismara verilməsini həyata keçirmək.
- Proqram təminatının server (Backend) və istifadəçi interfeysi (Frontend) hissələrini hazırlamaq, onların uyğunluğunu və vahid sistem kimi işləməsini təmin etmək.
- Mövcud daxili informasiya sistemləri ilə inteqrasiyaları (API, verilənlər mübadiləsi, istifadəçi autentifikasiyası və s.) layihələndirmək və həyata keçirmək.
- Biznes tələblərini texniki tələblərə çevirmək, sistem arxitekturasını, məlumat modelini və verilənlər bazasının strukturunu layihələndirmək.
- REST API xidmətlərini hazırlamaq, sənədləşdirmək, onların təhlükəsizliyini və performansını təmin etmək.
- Proqram kodunun keyfiyyətinə, oxunaqlılığına və kodlaşdırma standartlarına uyğunluğuna nəzarət etmək, Code Review prosesində iştirak etmək.
- Hazırlanan funksionallıqlar üzrə vahid (Unit) və inteqrasiya testlərini hazırlamaq, aşkar edilmiş xətaları aradan qaldırmaq.
- Git və digər versiya idarəetmə alətlərindən istifadə etməklə kod dəyişikliklərini idarə etmək, dəyişiklikləri test mühitində yoxlamaq və təsdiqdən sonra istismar mühitinə tətbiq etmək.
- Proqram təminatının avtomatik yığılması və yerləşdirilməsi (CI/CD) proseslərinin qurulmasında və dəstəklənməsində iştirak etmək.
- Təhlükəsiz kodlaşdırma prinsiplərinə, giriş hüquqlarının idarə edilməsinə, fərdi məlumatların və məxfi informasiyanın qorunması tələblərinə riayət etmək.
- İstismarda olan sistemlərdə yaranan xətaları və nasazlıqları araşdırmaq, onların səbəblərini müəyyənləşdirmək və aradan qaldırmaq.
- Sistemin performansını, sabitliyini və genişlənmə imkanlarını təhlil etmək, optimallaşdırma və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq.
- Proqram təminatının arxitekturası, API-lər, quraşdırma və istismar qaydaları üzrə texniki sənədləri hazırlamaq və aktual saxlamaq.
- İstifadəçilərdən və aidiyyəti struktur bölmələrdən daxil olan tələbləri təhlil etmək, onların prioritetləşdirilməsində iştirak etmək.
- Layihə rəhbəri, biznes analitik, dizayner və digər texniki mütəxəssislərlə əməkdaşlıq etmək, tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək.
Namizədə dair tələblər
- Kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, proqram mühəndisliyi və ya uyğun texniki ixtisas üzrə ali təhsil.
- Proqram təminatının hazırlanması (Fullstack) sahəsində ən azı 3 il iş təcrübəsi.
- Daxili korporativ sistemlərin hazırlanması və inteqrasiyası, o cümlədən Ticket/Helpdesk sistemləri üzrə təcrübə üstünlükdür.
- C#/.NET, Java, Node.js, Python və ya analoji Backend texnologiyalarından biri üzrə peşəkar biliklər.
- HTML, CSS, JavaScript/TypeScript və React, Angular, Vue.js və ya analoji Frontend freymvorklarından biri ilə işləmək bacarığı.
- MS SQL Server, PostgreSQL, MySQL və ya analoji verilənlər bazaları ilə işləmək, SQL sorğuları yazmaq və optimallaşdırmaq bacarığı.
- REST API-lərin hazırlanması və sistemlərarası inteqrasiyaların həyata keçirilməsi üzrə bilik və təcrübə.
- OAuth 2.0, JWT, LDAP/Active Directory və digər autentifikasiya və avtorizasiya mexanizmləri üzrə biliklər.
- Proqram arxitekturası, Design Patterns və SOLID prinsipləri üzrə biliklər.
- Unit və inteqrasiya testlərinin hazırlanması, proqram təminatında xətaların aşkarlanması və aradan qaldırılması üzrə təcrübə.
- Git, CI/CD, Docker və proqram təminatının yerləşdirilməsi (Deployment) prosesləri ilə işləmək bacarığı.
- Postman, Swagger və ya analoji API test və sənədləşdirmə alətləri ilə işləmək bacarığı.
- Agile/Scrum metodologiyaları və proqram təminatının hazırlanmasının həyat dövrü (SDLC) üzrə biliklər.
- Təhlükəsiz kodlaşdırma prinsipləri və OWASP Top 10 üzrə biliklər.
- Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis dilini texniki sənədlərlə işləmək səviyyəsində bilmək; rus dilini bilmək üstünlükdür.
- Analitik düşüncə, mürəkkəb texniki problemləri araşdırmaq və həll etmək, texniki qərarları əsaslandırmaq bacarığı.
- Komanda ilə işləmək, konstruktiv rəy vermək və qəbul etmək, vaxtı düzgün planlaşdırmaq və məsuliyyətli olmaq bacarığı.
Əlavə məlumat
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
- İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
- Vakansiya növü: tam ştat.
- İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B).
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar
- Push30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- Texnologiyalar parkının rezidenti olaraq tətbiq edilən vergi güzəştləri.
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.