Перейти к содержимому
GoJob

QA üzrə mütəxəssis

Push30Вакансия QA-инженера в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
2 октября 2026 г.
Приём заявок до
1 ноября 2026 г.

Вакансии в категории «Информационные технологии» в городе Баку

О вакансии

Push30 ищет QA-инженера в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Push30 mikroservis arxitekturası əsasında qurulmuş, PHP texnologiyası üzərində işləyən API əsaslı platformadır. Məhsula Flutter əsaslı mobil tətbiq və admin panel daxildir. Platformada payment, subscription, login/signup və digər kritik funksionallıqlar mövcuddur. Push30 Azərbaycan, Özbəkistan və Qazaxıstan bazarlarında fəaliyyət göstərir.

Əsas vəzifə öhdəlikləri

  • API-lər üçün test case və test ssenarilərinin hazırlanması və icrası;
  • Funksional, regression, API və UAT testlərinin planlaşdırılması və aparılması;
  • Mobil tətbiqin əsas funksionallıqlarının, o cümlədən payment, subscription və login/signup proseslərinin test edilməsi;
  • Admin panel funksionallıqlarının test edilməsi;
  • Biznes tələblərinin analiz edilərək test ssenarilərinə çevrilməsi;
  • Bug-ların aşkarlanması, prioritetləşdirilməsi, sənədləşdirilməsi və izlənilməsi;
  • Test planları və QA sənədlərinin hazırlanması;
  • UAT ssenarilərinin hazırlanması və UAT prosesinin koordinasiyası;
  • Release öncəsi keyfiyyət yoxlamalarının aparılması və “go/no-go” qərarına dəstək;
  • Test nəticələri və əsas keyfiyyət göstəriciləri üzrə hesabatların hazırlanması;
  • Development, Product və digər komandalarla sıx əməkdaşlıq;
  • Sprint Planning, Daily Stand-up və Retrospective görüşlərində iştirak;
  • AZ, UZ və KZ bazarları üzrə lokalizasiya və regional xüsusiyyətlərin test edilməsi.

Əsas tələblər

  • QA / Software Testing sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • API testing üzrə praktiki təcrübə (Postman, Swagger və s.);
  • Mikroservis arxitekturasının test edilməsi üzrə təcrübə;
  • SQL biliyi;
  • Test case, test ssenarisi və QA sənədlərinin hazırlanması bacarığı;
  • UAT prosesləri üzrə təcrübə;
  • iOS və Android mobil tətbiqlərinin test edilməsi təcrübəsi;
  • Bug report və test report hazırlamaq bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
  • Cross-functional komandalarla effektiv əməkdaşlıq;
  • Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət.

Arzuolunan bacarıqlar

  • Payment və subscription sistemlərinin test edilməsi üzrə təcrübə;
  • Flutter əsaslı tətbiqlərin test edilməsi üzrə təcrübə;
  • Performance / load testing üzrə bilik;
  • CI/CD prosesləri barədə anlayış;
  • Fintech və ya maliyyə məhsullarında QA təcrübəsi;
  • Rus dili biliyi.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Другие вакансии компании Push30

Вакансии Push30