Перейти к содержимому
GoJob

Qrafik dizayner

Park CinemaВакансия графического дизайнера в Баку

Зарплата: от 1 000 ₼ / мес.

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
13 ноября 2026 г.
Приём заявок до
13 декабря 2026 г.

Вакансии в категории «Дизайн, фото и видео» в городе Баку

О вакансии

Park Cinema ищет графического дизайнера в Баку. Полная занятость, зарплата 1 000 AZN. Отклик напрямую работодателю.

Vəzifə öhdəlikləri

  • Şirkətin korporativ üslubuna uyğun kreativ dizaynların hazırlanması;
  • Yeni filmlərin nümayişi, premyeralar və xüsusi tədbirlər üçün reklam materiallarının hazırlanması;
  • Sosial media platformaları üçün vizual kontentlərin (post, story, banner, cover və s.) dizayn edilməsi;
  • Reklam kampaniyaları və marketinq layihələri üçün qrafik materialların hazırlanması;
  • Çap məhsulları, posterlər, flayerlər, bukletlər və digər promo materialların dizayn edilməsi;
  • Rəqəmsal və çap reklamları üçün vizual konseptlərin hazırlanması;
  • Mövcud dizaynların yenilənməsi və müxtəlif formatlara uyğunlaşdırılması;
  • Marketinq və PR komandası ilə sıx əməkdaşlıq edərək dizayn tapşırıqlarının vaxtında icrasının təmin edilməsi;
  • Dizayn trendlərinin izlənilməsi və kreativ yanaşmaların tətbiq edilməsi.

Namizədə tələblər

  • Qrafik dizayn sahəsində iş təcrübəsi;
  • Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
  • Adobe InDesign, After Effects və digər dizayn proqramlarını bilmək arzuolunandır;
  • Güclü kreativ düşüncə və vizual zövq;
  • Rəng, kompozisiya və tipoqrafiya qaydalarını bilmək;
  • Sosial media və çap materiallarının dizayn xüsusiyyətlərini bilmək;
  • Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı;
  • Komandada işləmək və operativ olmaq.

Təklif edirik

  • 1 000 AZN NET əmək haqqı;
  • Həftənin 6 günü iş qrafiki;
  • Kreativ və dinamik iş mühiti;
  • Maraqlı reklam və marketinq layihələrində iştirak imkanı;
  • Peşəkar inkişaf perspektivi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Другие вакансии компании Park Cinema

Вакансии Park Cinema