Sahə Mühəndisi
Blue City Yaşayış KompleksiВакансия инженера участка в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 5 ноября 2026 г.
- Приём заявок до
- 5 декабря 2026 г.
- Категория
- Строительство и недвижимость
Вакансии в категории «Строительство и недвижимость» в городе Баку
О вакансии
Blue City Yaşayış Kompleksi ищет инженера участка в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri
- Təyin edilmiş layihədə,sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara,işlərin aparılması layihəsinə,tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Layihələr üzrə araşdırmalar etmək;
- Material sərfini hesablamağı bacarmaq,
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək,onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatı keçmək;
- İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət;
- Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması və daxili resurslar, üçüncü tərəflər, müvafiq qurumlarının əlaqələndirilməsi;
- Layihənin təyin olunmuş zamanda və nəzərdə tutulan büdcə əsasında, norma və standartlara uyğun şəkildə təhvilinin tənzimlənməsi;
- İş prosesinin daim izlənilməsi, risklərin müəyyənləşdirilməsi, yaranmış problemlə bağlı tədbirlər planının hazırlanması;
- Layihənin təhvili üzrə yekun hesabatın hazırlanması;
Xüsusi tələblər
- İnşaat mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi;
- 30–50 yaş aralığında olmaq;
- Çoxmərtəbəli yaşayış və ya qeyri-yaşayış binalarının tikintisi üzrə iş təcrübəsi;
- Tikinti sənədlərinin hazırlanması, tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilmək;
- Tikinti norma və qaydaları (TN və Q) üzrə biliklərə malik olmaq;
- Tikinti prosesinin təşkili və texniki nəzarəti sahəsində bilik və bacarıqlara sahib olmaq.
- İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- MS Office, Autocad proqramları üzrə istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
İş şərtləri:
- İş yeri – Xırdalan şəhəri
- İş qrafiki: Tam iş günü (6 gün), bazar istirahət
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun qeydiyyat.
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.