Перейти к содержимому
GoJob

Zoo Mağaza Satıcısı / Kassir

AmaZOOne WorldВакансия продавца в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
22 октября 2026 г.
Приём заявок до
21 ноября 2026 г.
Категория
Продажи

Вакансии в категории «Продажи» в городе Баку

О вакансии

AmaZOOne World ищет продавца в Баку. Полная занятость. Отклик напрямую работодателю.

AmaZOOne World Zoo Mağazası komandamıza heyvanları sevən, məsuliyyətli, ünsiyyətcil və müvafiq sahədə iş təcrübəsi olan əməkdaş axtarır.

Vəzifə öhdəlikləri:

  • Mağazaya gələn müştərilərin qarşılanması, məhsul və xidmətlər barədə məlumatlandırılması;
  • Müştərilərə ev heyvanları, onların saxlanılması, qidalanması və baxımı ilə bağlı düzgün məsləhətlərin verilməsi;
  • Zoo məhsullarının (yemlər, aksesuarlar, qulluq vasitələri və s.) təqdim edilməsi və satışının həyata keçirilməsi;
  • Mağazada satışda olan heyvanların gündəlik baxımı, qidalanması və saxlanma şəraitinə nəzarət;
  • Nağd və nağdsız ödənişlərin qəbul edilməsi, kassa əməliyyatlarının aparılması;
  • Telefon və WhatsApp vasitəsilə daxil olan zəng və müraciətlərin cavablandırılması;
  • Müştərilərin sifarişlərinin qəbul edilməsi və icrasının izlənilməsi;
  • Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsi, qiymət etiketlərinə və səliqəyə nəzarət;
  • Məhsul qalıqlarının, stokun və son istifadə tarixlərinin izlənilməsi;
  • Gündəlik satış və kassa hesabatlarının hazırlanması;
  • Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərin nəzakətlə yola salınması;
  • Mağazanın gündəlik fəaliyyətinə aid digər təşkilati işlərin yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Zoo mağazası, pet shop və ya müvafiq sahədə iş təcrübəsi (mütləqdir);
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (mütləqdir);
  • İngilis dili biliyi üstünlükdür;
  • Ev heyvanları, onların qidalanması, baxımı və saxlanma şəraiti haqqında praktik biliklər;
  • Zoo məhsulları, yem markaları və aksesuarlar haqqında məlumatlı olmaq;
  • Satış, müştəri xidməti və kassa əməliyyatları üzrə bilik və bacarıqlar;
  • Heyvanlarla işləməyi sevmək və onlara qarşı qayğıkeş münasibət;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq və satışyönümlü yanaşma;
  • Punktuallıq, dürüstlük, məsuliyyətlilik və səliqəlilik;
  • İş qrafikinə ciddi riayət etmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək.

İş şəraiti:

  • İş yeri: AmaZOOne World Zoo Mağazası, Ağ Şəhər, Bakı.
  • Əməkhaqqı və iş qrafiki: Müsahibə zamanı müzakirə olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlər CV-lərini “Zoo Mağaza Satıcısı / Kassir” başlığı ilə göndərə bilərlər.

Vacib: Zoo mağazasında və ya müvafiq sahədə praktiki iş təcrübəsi olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Похожие вакансии