Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Satınalma departamentinin rəhbəri (inşaat sahəsi)

AZCD GroupSatınalma departamentinin rəhbəri — вакансия в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Волонтёрство
Опубликовано
20 ноября 2026 г.
Просмотры
720
Отклики
28
Приём заявок до
20 декабря 2026 г.

Вакансии в категории «Логистика, склад и закупки» в городе Баку

О вакансии

AZCD Group ищет сотрудника на должность «Satınalma departamentinin rəhbəri» в Баку. Волонтёрство. Отклик напрямую работодателю.

Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma prosesini təşkil və idarə edir;
  • Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirir və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırır;
  • Xarici və yerli təchizatçıları araşdırır, seçim edir və təchizatçı bazasını daima yeniləyir;
  • Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıları cəlb edir;
  • Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqları aparır;
  • Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirir;
  • Satın alınmış xammal, mal, materialların və xidmətlərin məlumat bazasını hazırlayır və yeniləyir, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət edir və aidiyyati şəxslərə hesabat verir; 
  • Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət edir; 
  • Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırır;
  • Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət edir;
  • Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat verir;
  • Tələb olunduqda daşınma və gömrük məsələlərini həll edir.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə);
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə);
  • Tikinti sahəsində təcrübə;
  • Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
  • Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli və detallara diqqətli olmalıdır;
  • MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
  • Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Другие вакансии компании AZCD Group

Вакансии AZCD Group