Ehtiyyat hissələri və Servis üzrə Təchizat mütəxəssisi
Intermak GroupВакансия специалиста по закупкам в Баку
Зарплата: от 800 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 23 октября 2026 г.
- Приём заявок до
- 22 ноября 2026 г.
- Категория
- Логистика и транспорт
О вакансии
Intermak Group ищет специалиста по закупкам в Баку. Полная занятость, зарплата 800 AZN. Отклик напрямую работодателю.
İş şəraiti
- Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti2360
- İş rejimi: 6 günlük
- İş saatları: Həftə içi : 09:30-17:30
- 6-cı gün: 10:00-16:00
- Nahar şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri
- Servis şöbəsindən daxil olan ehtiyat hissələri, material və digər texniki məhsullar üzrə tələblərin qəbul edilməsi və təchizat prosesinin təşkili;
- Tələb olunan ehtiyat hissələrinin kod, model, marka və texniki göstəricilər əsasında düzgün müəyyən edilməsi;
- Ehtiyat hissələrinin uyğunluğunun kataloq və texniki məlumatlar əsasında yoxlanılması;
- Yerli və xarici bazarda tələb olunan ehtiyat hissələri və servis materiallarının araşdırılması;
- Mövcud və alternativ təchizatçıların müəyyən edilməsi, onlardan qiymət təkliflərinin alınması;
- Təchizatçılardan daxil olan təkliflərin qiymət, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisə edilməsi;
- Optimal təchizatçının seçilməsi və sifarişlərin formalaşdırılması;
- Təchizatçılarla qiymət və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
- Verilmiş sifarişlərin hazırlanma və çatdırılma prosesinin izlənilməsi, gecikmələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi;
- Servisin fəaliyyətinin fasiləsiz davam etməsi üçün zəruri ehtiyat hissələrinin vaxtında təmin olunması;
- Alınmış ehtiyat hissələrinin sifarişə, məhsul koduna və texniki tələblərə uyğunluğunun yoxlanılması;
- Ehtiyat hissələrinin mədaxil, məxaric, sifariş və digər müvafiq əməliyyatlarının Mikro ERP proqramında düzgün qeydiyyatının aparılması;
- Ehtiyat hissələrinin kodları, qiymətləri, təchizatçı məlumatları və digər məlumat bazalarının mütəmadi yenilənməsi;
- Təchizatla bağlı hesab-faktura, qaimə, sifariş forması və digər sənədlərin hazırlanması və aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
- Servis, anbar və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək və ehtiyat hissələri üzrə yaranan problemlərin operativ həllində iştirak etmək.
Namizədə tələblər
- Bəy namizəd; (yaş arlığı-25-45yaş)
- Təchizat, satınalma, ehtiyat hissələri və ya servis sahəsində minimum 1 il iş təcrübəsi;
- Ehtiyat hissələri və texniki məhsullar haqqında anlayış;
- Ehtiyat hissələrini kod, model və kataloq üzrə araşdırmaq bacarığı;
- Mikro ERP proqramında işləmək bacarığı;
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
- Qiymət araşdırması və müqayisəli təhlil aparmaq bacarığı;
- Təchizatçılarla iş və danışıqlar aparmaq bacarığı;
- Rus və ya ingilis dili biliyi üstünlükdür;
- Analitik düşünmə, dəqiqlik və problem həll etmə bacarığı;
- Məsuliyyətli, operativ və komandada işləməyə uyğun olmaq.
Maaş: 800-1000 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.