Satış meneceri
Business Service Centre LTDВакансия менеджера по продажам в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 9 ноября 2026 г.
- Приём заявок до
- 9 декабря 2026 г.
- Категория
- Продажи и торговля
О вакансии
Business Service Centre LTD ищет менеджера по продажам в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi məqsədilə təcrübəli Satış Meneceri axtarır.
Əsas vəzifə və öhdəliklər
- Yeni korporativ müştərilərin və potensial biznes tərəfdaşlarının müəyyən edilməsi və cəlb olunması;
- İstehsalat, sənaye və digər biznes sektorlarında fəaliyyət göstərən şirkətlərlə işgüzar əlaqələrin qurulması;
- Mövcud müştəri portfelinin idarə edilməsi və inkişaf etdirilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsul təkliflərinin hazırlanması;
- Məhsul və xidmətlər üzrə təqdimatların, kommersiya təkliflərinin hazırlanması;
- Müştərilərlə görüşlərin, danışıqların və satış prosesinin aparılması;
- Satış sifarişlərinin qəbul edilməsi və icra prosesinin aidiyyəti bölmələrlə koordinasiyası;
- Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi;
- Bazarın, rəqiblərin və müştəri tələbatının araşdırılması;
- Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin edilməsi;
- Satış fəaliyyəti üzrə müntəzəm hesabatların hazırlanması.
Namizədə tələblər
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- B2B və korporativ satış sahəsində təcrübə;
- İstehsalat, sənaye, topdansatış və ya distribusiya sektorunda iş təcrübəsinə üstünlük verilir;
- İstehsalat, tikinti müəssisələri və xidmət sahəsində fəaliyyət göstərən müştərilərlə mövcud işgüzar əlaqələrinin olması üstünlükdür;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı;
- Aktiv satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə edilməsi bacarığı;
- Nəticəyönümlülük, təşəbbüskarlıq və yüksək ünsiyyət bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
- Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və karyera imkanları;
- Stabil və inkişaf edən istehsalat müəssisəsində çalışma imkanı;
- Müştəri portfelinin genişləndirilməsi və satış nəticələrinə uyğun gəlir əldə etmək imkanı;
- Peşəkar və dəstəkləyici iş mühiti.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər