Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Satış meneceri - Gəncə filialı

AzcosmeticsВакансия менеджера по продажам в Баку

Зарплата: от 500 ₼ / мес.

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
14 ноября 2026 г.
Просмотры
645
Отклики
37
Приём заявок до
14 декабря 2026 г.

Вакансии в категории «Продажи и торговля» в городе Баку

О вакансии

Azcosmetics ищет менеджера по продажам в Баку. Полная занятость, зарплата 500 AZN. Отклик напрямую работодателю.

Azcosmetics MMC Gəncə filialı üçün Satış meneceri axtarır!

Şirkətimiz tibbi və kosmetoloji cihazların satışı, texniki servisi və təlimi sahəsində fəaliyyət göstərir. Komandamıza qoşulacaq, satış sahəsində inkişaf etmək istəyən, ünsiyyətcil, aktiv və təşəbbüskar əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri

  • Estetik mərkəzlər, gözəllik salonları və klinikalarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Tibbi və kosmetoloji cihazların, xüsusilə lazer epilyasiya avadanlıqlarının təqdimatı və satışının həyata keçirilməsi;
  • Gəncə və ətraf rayonlarda yeni potensial müştərilərin araşdırılması və müştəri bazasının genişləndirilməsi;
  • Müştərilərlə görüşlərin keçirilməsi və məhsul təqdimatlarının təşkili;
  • Filiala müraciət edən müştərilərin peşəkar və gülərüz qarşılanması, ətraflı məlumatlandırılması;
  • Sosial şəbəkələrdə aktiv iştirak və reklam məzmunlarının hazırlanmasına dəstək;
  • Kamera qarşısında məhsul təqdimatlarında və reklam çəkilişlərində iştirak;
  • Rəqiblərin və bazarın mütəmadi təhlili, yeni satış imkanlarının araşdırılması;
  • Satış planlarının yerinə yetirilməsi və filialın satış göstəricilərinin artırılması.

Namizədə tələblər

  • Satış sahəsində iş təcrübəsi;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Aktiv, təşəbbüskar və məsuliyyətli olmaq;
  • Kamera qarşısında sərbəst danışmaq və çıxış etmək bacarığı;
  • Sosial şəbəkələrdən aktiv istifadə etmək;
  • Danışıqlar aparmaq və müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı;
  • Komanda ilə işləmək və nəticəyönümlü olmaq;
  • Öyrənməyə və şəxsi inkişafa açıq olmaq.

Üstünlük hesab olunur

  • TikTok və Instagram platformalarında kontent hazırlamaq təcrübəsi;
  • Video çəkilişi və məhsul reklamı sahəsində bacarıq;
  • Kosmetologiya və lazer epilyasiya sahəsi haqqında ilkin biliklər.

İş şəraiti

  • İş yeri: Gəncə şəhəri, Azcosmetics filialı;
  • Əməkhaqqı: 500 AZN + satışdan yüksək bonus;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Korporativ komanda ilə işləmək imkanı;
  • Nəticəyə əsaslanan əlavə qazanc imkanı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt və nömrə vasitələri ilə göndərə bilərlər:

WhatsApp: +994 50 459 26 16         

Похожие вакансии