Satış məsləhətçisi – Kassir
Olivia Beauty & CareВакансия продавца-консультанта в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 27 октября 2026 г.
- Приём заявок до
- 26 ноября 2026 г.
- Категория
- Продажи и торговля
О вакансии
Olivia Beauty & Care ищет продавца-консультанта в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Filiallar: Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park Mall.
Olivia Beauty & Care komandamıza Satış məsləhətçisi – Kassir vəzifəsi üzrə əməkdaşlar axtarırıq!
Vacib qeyd: Göstərilən filiallara yaxın ərazilərdə yaşayan və ya həmin ərazilərə rahat gediş-gəliş imkanı olan namizədlərin müraciət etməsi arzuolunandır.
İş öhdəlikləri:
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması və müvafiq qaydada yerləşdirilməsi;
- Müştərilərin mağazada qarşılanması, ehtiyaclarının müəyyənləşdirilməsi və məhsullar haqqında ətraflı və düzgün məlumat verilməsi;
- Müştərilərə tələbatlarına uyğun məhsul seçimi zamanı dəstək göstərilməsi;
- Satış qaydaları, daxili prosedurlar və kampaniyalar barədə məlumatlı olmaq və onları düzgün tətbiq etmək;
- Kassa əməliyyatlarının müvafiq qaydalara uyğun həyata keçirilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
Namizədə dair tələblər:
- Azərbaycan dilini səlis bilmək;
- Rus dili biliyi arzuolunandır;
- Satış sahəsində minimum 6 aylıq iş təcrübəsi;
- Kosmetika və şəxsi qulluq məhsullarının satışı üzrə təcrübəyə üstünlük verilir;
- Ünsiyyətcil, aktiv, çevik və məsuliyyətli olmaq;
- Yaxşı ünsiyyət və satış bacarıqlarına malik olmaq.
İş şəraiti:
- İş qrafiki: Növbəli, iki növbə üzrə: I növbə: 10:00–19:00 / II növbə: 14:00–22:00
- İş yeri: Bakı şəhəri — Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park Mall filialları;
- Şirkətdaxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi perspektivi.
Komandamıza qoşulmaq istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.
WhatsApp: 051 290 33 80 (yalnız Whatsapp)
Müraciət zamanı CV-də yaşadığınız ərazini qeyd etməyiniz xahiş olunur.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Olivia Beauty & Care komandasında səni gözləyirik!